Sənaye təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edildi

Sənaye təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edildi
16.03.2026 13:16 İqtisadiyyat

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) sənaye təhlükəsizliyi sahəsinə dair yeni dövlət standartları qəbul edib.

TodayPress TV Dövlət Agentliyinə istinadən xəbər verir ki, bunlar, AZS ISO 4414:2026 "Pnevmointiqallı sistemlər, onların komponentləri ilə bağlı ümumi qaydalar və təhlükəsizlik tələbləri", AZS ГОСТ 15.109:2026 "Məhsulun işlənib hazırlanması və istehsala buraxılması sistemi. Sənaye partlayıcı materialları", AZS ГОСТ 194:2026 "Texniki difenilamin. Texniki şərtlər", AZS ГОСТ 23172:2026 "Stasionar qazanlar. Terminlər və təriflər", AZS ГОСТ 24856:2026 "Boru kəməri armaturu. Terminlər və təriflər", AZS ГОСТ 31371.1:2026 "Təbii qaz. Qaz xromatoqrafiyası üsulu ilə tərkibin təyini və qeyri-müəyyənliyin qiymətləndirilməsi. Hissə 1. Ümumi məlumatlar və tərkibin təyini", AZS ГОСТ 33732:2026 "Pirotexniki məmulatlar. Ümumi təhlükəsizlik tələbləri", AZS ГОСТ 33950:2026 "Pirotexniki məmulatlar. Sınaq metodları", AZS ГОСТ 33984.2:2026 "Liftlər. Sertifikatlaşdırma zamanı tədqiqat (sınaq) və ölçmələrin aparılma qayda və metodları. Nümunə götürmə qaydaları" və AZS ГОСТ 33984.3:2026 "Liftlər. Liftin təhlükəsizlik qurğularının sertifikatlaşdırılması aparılarkən tədqiqat (sınaq) və ölçmələrin aparılma qayda və metodları. Nümunələrin götürülmə qaydaları" dövlət standartlarıdır.

"2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı"nın icrası çərçivəsində qəbul edilən bu dövlət standartları pnevmointiqallı sistemlər, sənaye partlayıcı materialları, texniki difenilamin, stasionar qazanlar, boru kəməri armaturu, təbii qazın tərkibinin təyini, pirotexniki məmulatlar və liftlər üzrə təhlükəsizlik qurğularının sınaq və sertifikatlaşdırma qaydalarını müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqində məqsəd sənaye obyektlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, müasir yanaşmalarla məhsul və avadanlıqların uyğunluğunun vahid tələblər əsasında qiymətləndirilməsi, eləcə də milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasının təmin edilməsidir.

Sözügedən dövlət standartı layihələri Fövqəladə Hallar Nazirliyi yanında Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təsis etdiyi "Sənaye təhlükəsizliyi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 50) iclasında müzakirə edilib və AZSTAND onları qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: İran hava məkanına daxil olan PUA vuruldu 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Bütün Xəbərlər