Milli Məclis AQC sədrinə təbrik ünvanladı

Milli Məclis AQC sədrinə təbrik ünvanladı
24.10.2025 16:42 İqtisadiyyat

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi adından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruca 50 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlanıb.

TodayPress TV xəbər verir ki, komitə sədri Fazil Mustafanın imzası ilə göndərilən təbrik məktubunda Vüqar Orucun fəaliyyətinə toxunulub.

Bildirilib ki, onun vətəndaş cəmiyyəti institutlarının formalaşması və inkişafı istiqamətində hələ gənc yaşlarından göstərdiyi çalışqanlıq, xüsusilə gənclər arasında ictimai fəallığın artması, milli-mənəvi dəyərlər ruhunda yetişmələri baxımından fəaliyyəti bu gün də xatırlanır.

Təbrik məktubunda həmçinin vurğulanıb ki, Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbəri kimi bu sahədə fəaliyyət göstərən mütəxəssislərin peşəkarlığının artırılmasına, eləcə də vətəndaş cəmiyyətinin iqtisadi sferadakı iştirakının genişlənməsinə mühüm töhfələr verib.

“Sizin uzun illər ərzində göstərdiyiniz peşəkar fəaliyyət, ölkəmizdə qiymətləndirmə sahəsinin formalaşması və şəffaf iqtisadi münasibətlərin inkişafı istiqamətindəki səyləriniz təqdirəlayiqdir. Sizə uzun və mənalı ömür, ailə səadəti və işlərinizdə yeni uğurlar diləyirik”, – deyə məktubda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Bütün Xəbərlər