Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı

Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı
31.07.2025 09:52 İqtisadiyyat

İyulun 30-da ABŞ fond bazarlarında əsasən eniş davam edib.

TodayPress TV xəbər verir ki, Dow Jones sənaye indeksi 171,71 bənd və ya 0,38% azalaraq 44 461,28 bənd təşkil edib.

S&P 500 indeksi 7,96 bənd və ya 0,12% geriləyərək 6 362,90 bənd səviyyəsində qərarlaşıb. NYSE Composite indeksi 130,68 bənd və ya 0,63% azalaraq 20 630,88 bəndə, S&P/TSX Composite indeksi isə 169,92 bənd və ya 0,62% enərək 27 369,96 bəndə düşüb. Yalnız Nasdaq Composite indeksi isə 31,38 bənd və ya 0,15% artaraq 21 129,67 bənd olub.

Avropa fond bazarlarında isə müsbət dinamika müşahidə olunub. Euro Stoxx 50 indeksi 13,88 bənd və ya 0,26% artaraq 5 393,18 bənd, FTSE 100 indeksi 0,62 bənd və ya 0,01% artımla 9 136,94 bənd, DAX indeksi 44,85 bənd və ya 0,19% artaraq 24 262,22 bənd təşkil edib. CAC 40 indeksi 4,60 bənd və ya 0,06% artaraq 7 861,96 bənd olub. IBEX 35 indeksi isə 32,90 bənd və ya 0,23% artaraq 14 880,60 bənd səviyyəsində qərarlaşıb.

Analitiklər ABŞ bazarlarında enişi investorların inflyasiya və faiz dərəcələri ilə bağlı ehtiyatlı gözləntiləri, xüsusilə də ABŞ Mərkəzi Bankının (FED) növbəti qərarı ərəfəsində artan qeyri-müəyyənliklə əlaqələndirirlər. Avropa bazarlarında isə mövcud iqtisadi göstəricilər və şirkətlərin maliyyə hesabatları fonunda nikbinlik müşahidə olunub.

XƏBƏR LENTİ
16 IYUN 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Bütün Xəbərlər