Cari il ərzində Azərbaycana idxal edilən smartfonların sayı açıqlandı

Cari il ərzində Azərbaycana idxal edilən smartfonların sayı açıqlandı
22.07.2025 12:21 İqtisadiyyat

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 145 milyon 672 min ABŞ dolları dəyərində 458 min 642 ədəd smartfon idxal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 12.8% və ya 67 min 324 ədəd, dəyər baxımından isə 1.7% və ya 2 milyon 556.9 min ABŞ dolları azdır.

Belə ki, 2024-cü ilin ilk 5 ayı ərzində ölkəyə 148 milyon 228.9 min dollar dəyərində 525 min 966 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 540 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 479 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən ( 368 min 701 ədəd), Vyetnamdan (83 min 432 ədəd), Hindistandan (6275 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 511 manata, Vyetnamdan 643 manata, Hindistandan 888 manata, Koreyadan isə 204 manata idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 133 min ABŞ dolları dəyərində 662 ədəd smartfon ixrac edilib. Gürcüstana (491 ədəd) və Çexiya (171 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 341 manat təşkil edib.

XƏBƏR LENTİ
30 IYUL 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Bütün Xəbərlər