Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirildi

Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirildi
28.07.2025 18:46 İqtisadiyyat

Bakıda Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməl, mədəni yaxınlıq və iki qardaş xalqın qarşılıqlı hörmətinə əsaslandığını vurğulayıb.

Qeyd olunub ki, dövlət başçılarımız arasında yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma əməkdaşlığın gücləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan mühüm birgə layihə və təşəbbüslər həyata keçirməkdədir. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və humanitar əlaqələr kimi əsas sahələri əhatə edən geniş tərəfdaşlıq gündəliyi mövcuddur.

Türkmənistanla investisiya əməkdaşlığının möhkəmləndirilməsi potensialı qeyd edilib. Bildirilib ki, Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Türkmənistan kapitallı 75 şirkət fəaliyyət göstərir.

Ölkələrimiz enerji üzrə işbirliyinin genişləndirilməsi baxımından böyük potensiala malikdir. Enerjinin ixracı ilə bağlı infrastrukturu inkişaf etmiş Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin müzakirəsinə hazırdır.

Türkmənistanla “Şərq–Qərb” nəqliyyat dəhlizinin canlandırılması və Orta dəhlizin səmərəliyinin artırılması üzrə əməkdaşlıq da xüsusi rol oynayır. Ölkələrimiz arasında tranzit daşımalarının həcmi son illərdə sabit dinamika nümayiş etdirir. Ötən ilin yekunlarına görə, bu göstərici 2 milyon tonu, bu ilin ilk yarısında isə 1 milyon tonu keçib.

İki ölkənin ticarət, enerji, sənaye parkları, nəqliyyat, biznes, kənd təsərrüfatı və Ələt azad iqtisadi zonası üzrə tərəfdaşlığının gücləndirilməsi imkanları diqqətə çatdırılıb.

İclasda Azərbaycanın artan iqtisadi göstəriciləri, əlverişli biznes və investisiya mühiti, nəqliyyat və logistika infrastrukturu imkanları, Zəngəzur dəhlizinin perspektivləri barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin önəmi bildirilib, Türkmənistan sərmayədarları fəal əməkdaşlığa dəvət olunub.

Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev Azərbaycanla müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş perspektivlər olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri haqqında fikirlərini bölüşüb.

Tədbirdə müxtəlif sahələrdə birgə fəaliyyətin perspektivləri, iqtisadi müstəvidə ortaq maraqlara xidmət edən təşəbbüslər barədə müzakirə aparılıb.

İclasın sonunda Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev imzalayıblar. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

XƏBƏR LENTİ
07 AVQUST 2026
Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 “Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Bütün Xəbərlər