Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə etdi

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə etdi
26.01.2026 14:36 İqtisadiyyat

Yanvarın 26-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və Cənubi Qafqaz üzrə regional direktor Roland Praysın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyindən TodayPress TV-yə bildirilib ki, görüş zamanı ölkəmizlə Dünya Bankı arasında əməkdaşlğın mövcud vəziyyəti və inkişaf perspektivləri, bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, xüsusilə infrastruktur, şəhər inkişafı, energetika və rəqəmsal sahələr üzrə cari və gələcək proqramlar müzakirə edilib.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycanla Dünya Bankı arasında 30 ildən artıq davam edən tərəfdaşlıq çərçivəsində bank tərəfindən ölkəmizə dəstək məqsədilə ümumilikdə 54 layihəyə təqribən 5,2 milyard dollar məbləğində vəsait ayrılıb və bu əməkdaşlıq ölkədə iqtisadi islahatların həyata keçirilməsi və dayanıqlı infrastrukturun təmin olunmasına mühüm töhfələr verib.

Görüşdə Dünya Bankı ilə həyata keçirilən layihələrin icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, “Bərpa Olunan Enerji Mənbələrindən İstifadənin Genişləndirilməsi” (AZURE) layihəsi çərçivəsində tikilən Günəş və külək elektrik stansiyaları ölkənin enerji sisteminə inteqrasiya olunmaqla dayanıqlı enerji infrastrukturunun inkişafını təmin edir. Bununla yanaşı, “Məşğulluğa dəstək” layihəsi və onun əlavə maliyyələşdirilməsi təşəbbüsləri işsiz əhalinin məşğulluq imkanlarının genişləndirilməsini və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanı dəstəkləyir. Eyni zamanda, “Regional yollar və inkişaf” layihəsi regionlararası nəqliyyat bağlantılarını gücləndirərək ümumi iqtisadi fəallığın canlanmasına imkan yaradır.

Öz növbəsində, Çarlz Kormyer təmsil etdiyi qurumun Azərbaycanla uzunmüddətli və səmərəli əməkdaşlığa böyük önəm verdiyini və ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanla infrastruktur, yaşıl enerji, şəhərsalma və logistika sahələrində əməkdaşlığın genişləndirilməsində böyük potensial var və bu sahələrdə həyata keçiriləcək təşəbbüslər ölkədə dayanıqlı inkişafın təmin olunmasına və iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq.

Görüş zamanı, həmçinin Dünya Bankının kredit vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi”, “Rəqabətli və Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” və “Yaşanılabilən Bakı” layihələri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunan layihələrin reallaşdırılmasına zəmin yaradacaq institusional, texniki və maliyyə xarakterli tədbirlər, eləcə də tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

TodayPress TV

FOTOLAR

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə etdi — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Bütün Xəbərlər