ABŞ fond bazarlarında eniş müşahidə olunur

ABŞ fond bazarlarında eniş müşahidə olunur
11.03.2026 10:39 İqtisadiyyat

ABŞ fond bazarlarında ticarət sessiyası əsas indekslər üzrə azalma ilə başa çatıb.

TodayPress TV birja məlumatlarına istinadən xəbər verir ki, Dow Jones sənaye indeksi 0,07% azalaraq 47 706,51 bəndə, S&P 500 indeksi 0,21% azalaraq 6 781,48 bəndə, NYSE Composite indeksi isə 0,33% azalaraq 22 546,68 bəndə düşüb.

Bununla yanaşı, texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq Composite indeksi 0,01% artaraq 22 697,10 bəndə yüksəlib. Kanadanın S&P/TSX Composite indeksi isə 0,25% artaraq 33 270,65 bəndə çatıb.

Avropa fond bazarlarında əsas indekslərdə isə artım müşahidə olunub. Euro Stoxx 50 indeksi 2,67% artaraq 5 837,17 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 1,59% artaraq 10 412,24 bəndə, Almaniyanın DAX indeksi 2,39% yüksələrək 23 968,63 bəndə, Fransanın CAC 40 indeksi isə 1,79% artaraq 8 057,36 bəndə çatıb. İspaniyanın IBEX 35 indeksi də 3,05% artaraq 17 445,00 bəndə yüksəlib.

Asiya-Sakit okean regionunda da fond bazarlarında əsasən müsbət dinamika qeydə alınıb. Yaponiyanın Nikkei 225 indeksi 2,48% artaraq 55 593,58 bəndə, Topix indeksi 1,90% artaraq 3 734,00 bəndə, Honq Konqun Hang Seng indeksi 0,08% artaraq 25 981,77 bəndə, Çinin CSI 300 indeksi isə 0,51% yüksələrək 4 698,45 bəndə çatıb. Avstraliyanın S&P/ASX 200 indeksi 0,59% artaraq 8 743,70 bəndə, MSCI Asia Pacific indeksi isə 3,19% artaraq 243,22 bəndə yüksəlib.

Analitiklər qeyd edirlər ki, qlobal bazarlardakı bu dinamika investorların Yaxın Şərqdə artan geosiyasi gərginliyin enerji qiymətləri və qlobal iqtisadi artıma təsirləri ilə bağlı riskləri qiymətləndirməsi fonunda formalaşıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər