Trampın BƏƏ-dəki səs-küylü qarşılanma mərasimi: “SAÇ RƏQSİ”NİN PƏRDƏARXASI

Trampın BƏƏ-dəki səs-küylü qarşılanma mərasimi: “SAÇ RƏQSİ”NİN PƏRDƏARXASI
19.05.2025 14:57

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfərinin üçüncü dayanacağı olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunan qarşılanma mərasimi dünya ictimaiyyətinin diqqətini cəlb edib. Tramp Zayed Beynəlxalq Hava Limanına enərkən BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan onu rəsmi mərasimlə qarşılayıb. Mərasim zamanı salonda yerləşdirilmiş ağ geyimli, uzun qara saçlı qadınlar musiqi sədaları altında saçlarını ritmik şəkildə sağa-sola yelləyərək rəqs ediblər.

TodayPress TV geniş müzakirələrə səbəb olan bu görüntüləri araşdırıb.

2014-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilən “Al Ayyala” rəqsi bölgədə “raks şa’ar” və ya “natra” adları ilə də tanınır. 

Bu ənənənin kökləri İslamdan əvvəlki dövrlərə, hətta Assuriya sivilizasiyasına qədər uzanır.

Əsasən mühüm qonaqların qarşılanması, toylar, festivallar və sevindirici hadisələr zamanı ifa olunan bu rəqs körfəz ölkələrinin qədim mədəni irsinin bir hissəsidir. 

Qadınların saçlarını havada yelləməsi əslində döyüşə yollanan kişiləri ruhlandırmaq məqsədi daşıyır və psixoloji motivasiya rəmzi kimi qəbul olunur. Rəqsin kişi versiyasında isə qılınc, tüfəng və ya dəyənəkdən istifadə edilir.

Bu rəqs əsasən bədəvi irsdən qaynaqlanaraq ləyaqət, şərəf və birlik kimi dəyərləri təcəssüm etdirir. Ənənəvi olaraq toylar, milli bayramlar və rəsmi dövlət tədbirlərində nümayiş olunur. 

Lakin Tramp kimi dünya liderinin qarşılanmasında bu rəqsin istifadəsi sosial mediada birmənalı qarşılanmayıb.  Bəzi istifadəçilər bunu məkan və zaman baxımından uyğunsuz və qadını  “kişilərə təqdim olunan obyekt” kimi göstərən jest olaraq dəyərləndiriblər. 

Hadisə qadının Yaxın Şərq cəmiyyətindəki rolu ilə bağlı suallar doğurub.

Qeyd edək ki, 2019-cu ildə BƏƏ rəqs qrupu bu rəqsi Çin Xalq Respublikasına dövlət səfəri ərəfəsində Çin Səddi önündə də nümayiş etdirib. Bu addım BƏƏ-nin mədəni irsini tanıtmaq və beynəlxalq diplomatik əlaqələri gücləndirmək məqsədi daşıyıb.

Həmçinin bu rəqs daha əvvəl Hindistanın Baş naziri Narendra Modi, Fransa Prezidenti Emmanuel Makron, Rusiya lideri Vladimir Putin və digər yüksək vəzifəli şəxslər üçün də nümayiş etdirilib.

Lakin həmin hallarda qadın rəqqasələr yerinə kişi ifaçılardan ibarət qruplar çıxış edib. Başqa sözlə, “Al Ayyala” rəqsi daha əvvəl də digər dövlət başçılarına göstərilib.

Amma Trampın BƏƏ-yə səfəri çərçivəsində imzalanan milyonlarla dollar dəyərində razılaşmalar fonunda bu cür qarşılanma geniş rezonansa səbəb olub. Sosial şəbəkələrdəki bəzi müsəlman istifadəçilər bu jesti Qərbə yönəlmiş təzim və ya “Qərbin köləsinə çevrilmək” kimi dəyərləndiriblər.

Onların fikrincə, “Al Ayyala” milli-mədəni dəyərdir və ABŞ prezidenti üçün nümayiş etdirilməsi bu mədəniyyətin alçaldılması kimi qəbul olunub. Həmçinin, daha əvvəl “Al Ayyala”nın kişi rəqqaslar vasitəsilə nümayiş edilməsinə baxmayaraq, Ağ Ev lideri üçün qadınlardan istifadə olunması mühafizəkarlar üçün “qəbuledilməz hadisə” hesab olunub. 

Onu da qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin sayının kəskin artması və hər kəsin öz fikrini bəyan etməsi də bu məsələnin məqsədindən uzaqlaşmasına və fərqli yozulmasına gətirib çıxarıb. 

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Bütün Xəbərlər