Soyuducunun dəyişdirilməli olduğunu göstərən əlamətlər - DİQQƏT
Mütəxəssislərin sözlərinə görə, soyuducular adətən 10–15 il xidmət göstərir. Lakin düzgün qulluq edilərsə, cihazın ömrünü daha da uzatmaq mümkündür.
TodayPress TV xəbər verir ki, mütəxəssislər soyuducunun arxa hissəsindəki kondensator və boruların tozdan mütəmadi təmizlənməsini, qapı rezinlərinin və termostatın yoxlanılmasını tövsiyə edirlər.
Soyuducunun “yorulduğunu” göstərən əsas əlamətlər bunlardır:
Qidaların əvvəlkindən daha tez xarab olması;
Qeyri-adi və yüksək səslərin yaranması;
Elektrik enerjisi xərclərinin artması;
Soyuducu və ya dondurucunun lazımi temperaturu saxlamaması;
Həddindən artıq buz və ya kondensat yaranması.
Mütəxəssislər bildirirlər ki, bu əlamətlərdən bir neçəsi müşahidə olunarsa, cihazı yoxlatdırmaq lazımdır. Bəzi hallarda təmir kifayət etsə də, köhnə soyuducunu yenisi ilə əvəzləmək daha sərfəli ola bilər. Yeni modellər adətən daha az elektrik enerjisi sərf edir.