Qadınlar rəngli, kişilər ağ-qara yuxu görür – SƏBƏB
Qadınlar daha çox rəngli, kişilər isə ağ-qara yuxular görürlər.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, aparılan tədqiqatlar yuxulardakı “rəng amilinin” yuxu mexanizmi ilə deyil, insanın şəxsiyyət xüsusiyyətləri və gündəlik diqqət vərdişləri ilə bağlı olduğunu göstərir.
Bildirilib ki, ətrafdakı rənglərə, geyimə və vizual detallara daha çox diqqət yetirən insanlar yuxularında da oxşar obrazlar gördüklərini qeyd edirlər. Bu xüsusiyyət qadınlarda daha çox müşahidə olunur.
Digər mütəxəssislər isə yuxu və yuxusuzluqla bağlı müxtəlif səbəbləri izah edərək, yuxu rejiminin düzgün qurulmamasının və yatağın yanlış istifadə edilməsinin yuxu keyfiyyətinə mənfi təsir etdiyini bildiriblər.
Türkan İsgəndərli