Nəhəng asteroid Yerə yaxınlaşacaq – Milyardlarla insan onu görə biləcək
2029-cu il aprelin 13-də Yerə yaxınlaşacaq "Apophis" asteroidi planet əhalisinin təxminən 90 faizi tərəfindən müşahidə oluna biləcək.
TodayPress TV xəbər verir ki, "Space.com"un məlumatına görə, asteroid Yer səmasında parlaq nöqtə kimi görünəcək və təxminən bir dəqiqə ərzində səmada dolunayın diametrinə bərabər məsafə qət edəcək.
Astronomlar bildirirlər ki, asteroidi görmək imkanına hava şəraiti və işıq çirklənməsi kimi amillər təsir göstərəcək.
Bundan əvvəl Perm Milli Tədqiqat Politexnik Universitetinin astronomiya üzrə mütəxəssisi Yevgeni Burmistrov yeni aşkar edilmiş "2024 YR4" asteroidinin Yer atmosferinə daxil ola biləcəyi üçün potensial təhlükə yaratdığını bildirmişdi.
Türkan İsgəndərli