Dünya bazarında ən ucuz metal bəlli oldu: Bir tonu 2000 dollardan aşağıdır

Dünya bazarında ən ucuz metal bəlli oldu: Bir tonu 2000 dollardan aşağıdır
05.05.2026 04:00

"Qurğuşun dünya bazarlarında alınıb-satılan ən ucuz metal hesab olunur, onun bir tonunun dəyəri 2 000 dollara çatmır".

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Antonina Levaşşenko məlumat verib.

"Dünya bazarlarında satılan ən ucuz metal qurğuşun sayılır. Onun qiyməti bir ton üçün 1.8 min dollarla 1.99 min dollar arasında dəyişir", - deyə o bildirib.

Ekspertin sözlərinə görə, qiymətlərin ucuzlaşması əsas istehlak sektorlarında, xüsusilə akkumulyator batareyalarının istehsalı və avtomobil sənayesində tələbatın azalması ilə bağlıdır. Hazırda bu sahələrdə qurğuşun aktiv şəkildə nikel və litiumla əvəz olunur.

Levaşşenko qeyd edib ki, qurğuşun, həmçinin binaların mühafizəsi, tibbi avadanlıqların (o cümlədən rentgen aparatlarının) hazırlanması və boya istehsalında istifadə olunur.

Metal, əsasən, qurğuşun-sink və polimetal filizlərinin hasilatı zamanı alınan konsentratlardan əldə edilir. Xammalın əsas dünya istehsalçısı 42.3%-lik payla Çin olaraq qalır.

ABŞ Geoloji Xidmətinin hesabatına əsasən, 2026-cı ilin əvvəlinə olan məlumata görə, dünyanın qurğuşun ehtiyatları iki milyard tondan çox qiymətləndirilir. Ən iri yataqlar Rusiya, Çin və Avstraliyada cəmləşib.

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilər işıqsız qalacaq 22:10 Masallı sakinlərinin NƏZƏRİNƏ! Bu kəndlər qazsız qalacaq 22:06 Bal min illərlə xarab olmadan qala bilər – SƏBƏBİ 22:16 80 il əvvəl baş verən inanılmaz hadisə: ABŞ Aya siqnal göndərdi 22:44 Soyuducunun dəyişdirilməli olduğunu göstərən əlamətlər - DİQQƏT 22:54 Süni intellekt “canlı” virus yaratdı: Alimlər TƏHLÜKƏDƏN narahatdır 23:01 Təbiətin möcüzəsi: Yerin altında “inci xəzinəsi” tapıldı 23:05 5 qat NBA çempionu vəfat etdi 23:09 Zelenski qışla bağlı həyəcan təbili çaldı: “Heç biri salamat deyil” 23:14 Cəlilabadda güclü partlayış: transformator alışıb yandı - VİDEO 00:58 Dünyanın ən yaşlı prezidenti yoxa çıxdı 23:18 Kanadada sakinlər helikopterlə təxliyə edildilər - DƏHŞƏTLİ MƏNZƏRƏ 23:53 Türkiyə Qara dənizin qapılarını açdı: Tankerlər hərəkətə keçdi 23:22 Azərbaycan müharibə vaxtı İrana necə kömək edib? - “2 saat çəkmədi ki…” 22:36 Trampın qolf klubuna iki təyyarə yaxınlaşdı: F-16-lar təcili müdaxilə etdi - VİDEO 22:48 Trampdan İranla bağlı müəmmalı çıxış: “Səssiz hərəkət edirik” 22:28 İran Hörmüz boğazında qaydaları dəyişdi: Bu gəmilər keçə bilməyəcək 22:24 İranda nə baş verəcəkdi? Pezeşkian ölkəsi ilə bağlı dəhşətli planı açıqladı 21:57 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 21:23 Tramp İranla nüvə sazişi qarşılığında bunu istəyir - Siyasi “alver” 21:05 Rusiya Ukraynanın enerji damarına ZƏRBƏ VURDU - Ciddi dağıntılar var 20:40 Həkim olmaq istəyənlər üçün MÜHÜM XƏBƏR 20:25 HƏMAS-dan şərt: Atəşkəs üçün bu addımlar atılmalıdır 19:55 Rusiya Suriyadakı hərbi bazalarını itirir - SON DƏQİQƏ 19:37 Bütün Xəbərlər