Beş milyard il sonra nə baş verəcək? - Günəşin Yerə təsiri ilə bağlı yeni proqnoz

Beş milyard il sonra nə baş verəcək? - Günəşin Yerə təsiri ilə bağlı yeni proqnoz
22.06.2026 06:00

Alimlər Günəşin gələcəkdə genişlənəcəyi mərhələdə Yer planetinin taleyi ilə bağlı əvvəlki hesablamaları yenidən nəzərdən keçiriblər. Yeni modelə əsasən, Yerin məhv olması qaçılmaz deyil.

TodayPress TV xəbər verir ki, bu barədə Phys.org məlumat yayıb.

Söhbət təxminən 5 milyard il sonra baş verə biləcək proseslərdən gedir. Həmin dövrdə Yer onsuz da yaşamaq üçün əlverişsiz vəziyyətə düşəcək. Bununla belə, planetin Günəş tərəfindən udulub-udulmayacağı məsələsi astrofizikanın mühüm müzakirə mövzularından biri olaraq qalır.

Günəşin nüvəsində hidrogen ehtiyatı tükəndikdən sonra o, əvvəlcə "qırmızı nəhəng" mərhələsinə keçəcək, daha sonra isə AGB adlanan son genişlənmə fazasına daxil olacaq. Bu mərhələlərdə Günəşin ölçüsü kəskin şəkildə artacaq və daxili planetlərin taleyi müəyyənləşəcək.

Alimlər hesablamalarında iki əsas prosesin qarşılıqlı təsirini nəzərə alıblar. Bir tərəfdən, Günəş genişləndikcə onun Yerlə cazibə-tidal qarşılıqlı təsiri güclənəcək və bu, planetin orbitinin dəyişməsinə səbəb ola bilər. Digər tərəfdən isə Günəş kütlə itirəcək və cazibə qüvvəsi zəiflədiyi üçün Yerin orbiti daha uzağa çəkilə bilər.

Tədqiqatın müəllifi Mats Esselders bildirib ki, əgər tidal təsirlər üstünlük təşkil etsə, Yer Günəş tərəfindən udulacaq. Əgər üstünlük Günəşin kütlə itirməsi nəticəsində yaranan təsirə verilərsə, planet daha uzaq orbitə keçərək mövcudluğunu qoruya bilər.

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 "Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 19 yaşlı üzgüçü dünya rekordunu yenilədi! 00:54 "Hizbullah"dan Livana XƏBƏRDARLIQ: İsraillə danışıqları dayandırın! 01:04 Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı! 00:47 Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir 00:24 Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ 23:56 Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı 23:41 Husilərin hücumundan sonra Yəmən ordusu hərəkətə keçdi - VİDEO 23:23 Sərnişinlərin NƏZƏRİNƏ!: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi 23:12 Rusiya bir gündə 180 Ukrayna PUA-sını vurdu 22:59 Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi 22:51 ABŞ Azərbaycana tətbiq edilən 907-ci düzəlişlə bağlı qərarını uzadır? 22:37 Türkiyədən Livana 15,6 tonluq tibbi yardım 22:26 Zelenskinin "Patriot" çağırışları çarəsizlik əlaməti kimi qiymətləndirildi 22:18 Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır! 22:05 İran ABŞ-ni Dostoyevski ilə “vurdu” 21:48 Bütün Xəbərlər