ABŞ-də körpə iki dəfə "dünyaya gəlib" - FOTO

ABŞ-də körpə iki dəfə "dünyaya gəlib" - FOTO
08.05.2026 08:00

ABŞ-nin Florida ştatında nadir tibbi əməliyyat nəticəsində körpə iki dəfə "dünyaya gəlib".

TodayPress TV xəbər verir ki, hamiləliyin 19-cu həftəsində həkimlər döldə yuxarı tənəffüs yollarının obstruksiyası sindromu aşkar ediblər.

Bu nadir patologiya zamanı xüsusi membran dölün tənəffüs yollarını tamamilə bağlayır. Həkim Emanuel Vlastos 42 illik karyerası ərzində cəmi bir neçə belə halla rastlaşdığını və onlardan yalnız üçünün uğurla nəticələndiyini bildirib.

Uşaqlıqdaxili ilk lazer əməliyyatı cəhdi uğursuz olduqdan sonra, həkim ekstremal bir variant təklif edib. Hamiləliyin 25-ci həftəsində qismən qeysəriyyə əməliyyatı icra olunub; körpənin başı və qolları ana bətnindən çıxarılsa da, bədəni plasentaya bağlı saxlanılıb. Bu vəziyyətdə LOR cərrahı dərhal oğlan uşağının tənəffüs yollarını təmizləyib. Prosedur bitdikdən sonra körpə yenidən bətnə yerləşdirilib və ana dölü sona qədər daşıya bilməsi üçün xəstəxana nəzarətində qalıb.

Bu qeyri-adi əməliyyatdan altı həftə sonra körpə tam şəkildə dünyaya gəlib. Cəmi 1.4 kq çəki ilə doğulan körpə dörd ay reanimasiyada qalıb. Hazırda ağciyərlərin süni ventilyasiyası aparatına bağlı olan və əlavə əməliyyatlara ehtiyac duyan körpənin valideynləri baş verənləri əsl möcüzə adlandırırlar.


TodayPress TV 

XƏBƏR LENTİ
14 AVQUST 2026
Oğruların ilk yoxladığı yerlər: Açarınızı buralarda gizlətməyin! 01:05 Z nəslinin həyatı niyə çətinləşdi? Əvvəllər adi olan 6 imkan yoxa çıxır 00:59 Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz? 00:35 Çində meşələr böyüdü, su ehtiyatları azaldı - Araşdırmanın ilginc nəticəsi 00:30 Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi 22:37 MARAQLI KƏŞF: Həyat Yer üzündə iki dəfə yaranıb? 00:52 Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Bütün Xəbərlər