Osman Gündüz: "Bu, ictimai təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcək"

Osman Gündüz: "Bu, ictimai təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcək"
19.08.2025 12:46 İKT

Daxili İşlər Nazirliyinin (DİN) Baş İnformasiya Kommunikasiya İdarəsinin süni intellektin tətbiqi ilə bağlı elan etdiyi genişmiqyaslı tender başa çatır.

TodayPress TV xəbər verir ki, rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz bu tenderi yüksək qiymətləndirib.

Onun sözlərinə görə, layihənin məqsədi yalnız konseptual sənədin hazırlanması ilə məhdudlaşmır, həm də real həllərin işlənməsi və sınaqdan keçirilməsini nəzərdə tutur:

"Diqqətçəkən məqam odur ki, DİN bu istiqamətdə yerli mütəxəssislərə və milli ekspertlərə üstünlük verir. Bu həm yerli potensialın gücləndirilməsi, həm də layihənin ölkə reallıqlarına uyğun icrası baxımından mühüm əhəmiyyət kəsb edir".

Ekspert bildirib ki, tender çərçivəsində polis sistemində süni intellektin tətbiqi üzrə strateji yol xəritəsinin hazırlanması, mövcud rəqəmsal infrastrukturun və informasiya sistemlərinin təhlili, beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq konsaltinq qurumu və üç yerli universitetin milli ekspertlərinin iştirakı ilə elmi tədqiqatların aparılması, texniki və hüquqi əsaslandırmaların hazırlanması, müxtəlif açıq mənbələrdən məlumatların toplanması, ilkin emalı və təmizlənməsi, toplanmış datanın süni intellekt modellərinin öyrədilməsi, test edilməsi və performansının qiymətləndirilməsi planlaşdırılır.

“DİN-in bu yanaşması texnoloji infrastrukturu süni intellekt əsasında tam modernləşdirmək niyyətindən xəbər verir. Belə ki, universitetlərlə əməkdaşlıq və beynəlxalq ekspertlərin iştirakı layihəyə elmi güc qatacaq, gələcəkdə isə düzgün qərarların qəbulu üçün elmi əsaslar formalaşdıracaq”.

Osman Gündüz qeyd edib ki, tenderin ehtimal olunan dəyəri 6,6 milyon manat təşkil edir və uğurlu icra olunduğu halda, ictimai təhlükəsizliyin gücləndirilməsi, çevik qərarvermə, məlumatların səmərəli idarəsi və xidmətlərin müasir standartlara uyğunlaşdırılması üçün geniş imkanlar açacaq.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər