Süni intellekt və kibertəhlükəsizlik texnoloji dünya trendləri kimi - Bəhruz Əliyevin ŞƏRHİ

Süni intellekt və kibertəhlükəsizlik texnoloji dünya trendləri kimi - Bəhruz Əliyevin ŞƏRHİ
04.11.2025 16:18 İKT

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyində çıxışında bildirib ki, kibertəhlükəsizlik ölkənin fiziki təhlükəsizliyinin tərkib hissəsidir və Azərbaycana qarşı kiberhücumlar təşkil edənlər cəzasız qalmamalıdır. 

Dövlət başçısı həmçinin süni intellekti gələcək inkişafın əsas istiqamətlərindən biri kimi dəyərləndirərək, alimlərin bu prosesdə fəal iştirakının vacibliyini vurğulayıb. 

Bu kontekstdə, Azərbaycanda hər iki sahənin inkişafı üçün atılması vacib addımlar və yerli mütəxəssislərin rolu ilə bağlı mühüm suallar ortaya çıxır.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, AMEA-nın tədbirində verilən mesajlar kibertəhlükəsizlik və süni intellektin mərkəzi prioritetə çevrildiyini göstərir: 

"Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyində Prezidentin kibertəhlükəsizlik və süni intellektlə bağlı səsləndirdiyi fikirlər bizim kimi mühəndislər üçün bir mayakdır. Bu və bənzər sahələrdə fəaliyyət göstərən və bu istiqamətlərin tədrisi ilə məşğul olan biri kimi demək olar ki, üzərimizə ciddi mənəvi məsuliyyət düşür. Ölkəmiz hər zaman aparıcı xətt üzrə irəliləyir və daimi inkişafı hədəfləyir. Heç bir texnoloji inkişafdan geri qala bilmərik. Dünyanın bir parçası kimi mövcud trendləri təqib etmək ciddi əhəmiyyət daşıyır".

Ekspert qeyd edib ki, geridə qalmamaq üçün yerli mütəxəssislər yetişdirilməlidir:

"Tarixdə bəzi trendləri düzgün qiymətləndirməyən və əhəmiyyətsiz sayan bir çox ölkə və şirkətin uğursuzluq hekayələri mövcuddur. Biz isə tarixdəki bu nümunələrdən düzgün dərslər çıxarıb məharətlə inkişaf etməliyik və edirik. Ona görə də yerli mütəxəssislərin hazırlanması və bu prosesə cəlb olunması, fikrimcə, çox əhəmiyyətlidir".

B.Əliyev əlavə edib ki, yerli mütəxəssislər prosesdə həlledici rol oynayır:

"Yerli mütəxəssislər bu prosesin mərkəzində olmalıdır. Onlar milli tələbləri, yerli konteksti daha dərindən bilirlər. Dil, yerli infrastruktur, biznes mühiti, dövlət strukturları və təhlükə profili baxımından daha çox məlumata sahibdirlər. Xarici ekspertlərlə əməkdaşlıq olsa da, biliklərin yerli kontekstə uyğunlaşdırılması və davamlılığı üçün yerli insan resursu vacibdir. Mütəxəssislər prototiplər hazırlayaraq, onları yerli reallıqlara adaptasiya edərək həm dövlət, həm də biznes sektorunda tətbiq edə bilərlər. Eləcə də etik, hüquqi və sosial aspektlər üzrə yerli ekspertlər xüsusi rol oynaya bilərlər".

Jalə Rövşən

FOTOLAR

Süni intellekt və kibertəhlükəsizlik texnoloji dünya trendləri kimi - Bəhruz Əliyevin ŞƏRHİ — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər