Gilavar Foto Klubu irs.gilavar.az veb-saytını istifadəyə verdi

Gilavar Foto Klubu irs.gilavar.az veb-saytını istifadəyə verdi
02.06.2025 10:59 İKT

“Gilavar Foto Klubu” ictimai birliyinin Azərbaycanın tarixi və mədəni irsinə aid layihəsinə yekun vurulub.

“Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” adlı fotolayihə həyata keçirilib. Layihə çərçivəsində Birliyin peşəkar fotoqraflarından ibarət komandası işğaldan azad olunan ərazilərdə tarixi-mədəni abidələrin fotoşəkillərini çəkib.

TodayPress TV xəbər verir ki, layihənin tərkib hissəsi kimi Birliyin əsas domeni üzərində irs.gilavar.az veb-saytı hazırlanıb və istifadəyə verilib.

Sadə və rahat tərtibata malik veb-sayt bölgələr, abidlər, məbədlər, qalalar, saraylar, malikanələr, tikililər, bulaqlar, körpülər, təbiət və layihə bölmələrindən ibarətdir.

Veb-saytda Azərbaycan Respublikasının ərazisində mövcud olan yerli, ölkə və dünya əhəmiyyətli memarlıq abidələri, tarixi, mədəni və arxeoloji abidələr, məscidlər, məbədlər, kilsələr, daş fiqurlar, abidə kompleksləri, körpülər, bulaqlar, mağaralar, saraylar, yaşayış evləri və malikanələr, köhnə və yeni tikililərin fotoşəkilləri yerləşdirilib.

Ümumilikdə veb-saytda 82 məkan haqqında 1000-dən artıq fotomaterial mövcuddur.

Hər bir foto Azərbaycan Fotoqrafiya Fondunun unikal nömrəsi ilə nömrələnib və inventarlaşdırılıb.

Hər məkan və obyekt haqqında qısa və dolğun məlumatlar, onların yerləşdiyi şəhər, rayon və kənd, abidənin əhəmiyyətlilik dərəcəsi, dövlət qeydiyyatına alınmış inventar nömrəsi, eləcə də coğrafi koordinatları yer alıb.

Gələcəkdə Şərqi Zəngərurun qalan bölgələrində, eləcə də ölkəmizin digər şəhər və rayonlarında mövcud olan tarixi və mədəni abidələrin fotolarının çəkilməsi, sistemləşdirilməsi, arxivləşdirilməsi və veb-sayta yerləşdirilməsi nəzərdə tutulur.

Layihə rəhbəri Dilavər Nəcəfovun sözlərinə görə, ölkənin mədəni irs və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması, rəqəmsal platformada öz əksini tapan tarixi, mədəni, arxeoloji obyektlər haqqında məlumatlar mədəni dəyərlərin qorunub saxlanılması və populyarlaşdırılmasına, gələcək nəsillərə ötürülməsinə xidmət edəcək. Eyni zamanda, layihə Azərbaycanın unikal mədəni irs abidələrinin dünyada təbliğ edilməsi üçün bir vasitə olacaq, bu ərazilərdə turizmin inkişafına öz tövhəsini verəcək.

Qeyd edək ki, irs.gilavar.az veb-saytı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” layihəsi çərçivəsində “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən hazırlanıb.

FOTOLAR

Gilavar Foto Klubu irs.gilavar.az veb-saytını istifadəyə verdi — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər