"ChatGPT"yə valideyn nəzarəti funksiyası əlavə ediləcək

"ChatGPT"yə valideyn nəzarəti funksiyası əlavə ediləcək
27.08.2025 18:45 İKT

Amerikalı texnologiya şirkəti "OpenAI", süni intellekt əsasında fəaliyyət göstərən "ChatGPT" çat-botuna valideyn nəzarəti funksiyası əlavə etməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. 

Bu qərar, 16 yaşlı bir yeniyetmənin intihar etməzdən əvvəl çat-botla özünü öldürmək barədə yazışdığı və bu məsələdə "ChatGPT"nin dolayı təsirə malik olduğu iddiaları fonunda verilib.

Şirkətin rəsmi saytında yayılan açıqlamada bildirilir:

“Tezliklə "ChatGPT"yə valideyn nəzarəti funksiyası əlavə edəcəyik. Bu imkan valideynlərə övladlarının çat-botdan necə istifadə etdikləri barədə daha çox məlumat əldə etməyə şərait yaradacaq”.

Bununla yanaşı, istifadəçilər çat-botla təmas zamanı etibarlı hesab etdikləri şəxsin kontaktını da əlavə edə biləcəklər. Bu funksiya fövqəladə hallarda birbaşa yardım çağırışına imkan verəcək. İstifadəçilər, həmçinin, təcili yardım xidmətlərini tək bir kliklə çağırmaq funksiyasından da yararlana biləcəklər.

"OpenAI" qeyd edib ki, "ChatGPT"də istifadəçini təhlükəli addımlardan çəkindirmək üçün xüsusi alqoritmlər tətbiq olunub. Lakin şirkət etiraf edir ki, uzun müddətli yazışmalar zamanı çat-botun cavabları qeyri-dəqiq və ya uyğun olmayan məzmun daşıya bilər.

Şirkət bu kontekstdə həm texniki təkmilləşdirmə, həm də etik məsuliyyət çərçivəsində tədbirlər görəcəyini bildirir.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 IYUL 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Bütün Xəbərlər