Beynəlxalq internet kanallarının həcmi artdı

Beynəlxalq internet kanallarının həcmi artdı
13.09.2025 15:45 İKT

Azərbaycanda bir istifadəçi üçün beynəlxalq internet kanallarının həcmi 2023-cü ildə 311,5 kbit/s olduğu halda, 2024-cü ildə 2,8 dəfə artaraq 863,1 kbit/s-ə çatıb.

TodayPress TV xəbər verir ki, beynəlxalq internet kanallarının həcmi də artaraq, 2023-cü ildəki 3 807,5 Gbit/s-dən 2024-cü ildə 8 020,6 Gbit/s-ə çatıb. Bu da 2,1 dəfə artım təşkil edir.

Aktiv mobil genişzolaqlı internet abunəçilərinin sayı 2023-cü ildə 8 milyon nəfər olduğu halda, ötən il 14,3% artaraq 9,2 milyon nəfərə çatıb. Hər 100 nəfərə düşən mobil internet abunəçilərinin sayı da 2023-cü ildə 86,7 nəfər ikən, 2024-cü ildə 90,4 nəfərə yüksəlib.

Sabit genişzolaqlı internet abunəçilərinin sayı isə 2023-cü ildə 1,97 milyon nəfər olduğu halda, 2024-cü ildə 2,32 milyon nəfərə çatıb. Bu, illik müqayisədə 17,8% artım deməkdir.

Sürət kateqoriyalarına görə abunəçilərin sayı da artıb. Xüsusilə 10 Mbit/s-dən 100 Mbit/s-ə qədər sürətdən istifadə edənlər 2023-cü ildə 829,3 min nəfər ikən, 2024-cü ildə 843,6 min nəfərə yüksəlib. 100 Mbit/s və daha yüksək sürətdən istifadə edənlərin sayı isə 2023-cü ildə 224,1 min nəfərdən 2024-cü ildə 943,4 min nəfərə çatıb. Bu isə 4,2 dəfə artım deməkdir.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey" i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Bütün Xəbərlər