Bakı “CIDC 2025” kibertəhlükəsizlik festivalına ev sahibliyi edir

Bakı “CIDC 2025” kibertəhlükəsizlik festivalına ev sahibliyi edir
09.10.2025 09:14 İKT

Cari ilin 9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı kibertəhlükəsizlik festivalı keçirilir.

TodayPress TV xəbər verir ki, tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə baş tutur.

Təşkilatın növbəti dəfə təşkil olunması - dövlət, özəl sektor, təhsil müəssələri və beynəlxalq tərəfdaşlar arasında vacib müzakirələr üçün dəyərli platformanın möhkəmləndirilməsi deməkdir.

“CIDC-2025” həm sərgi, həm konfrans, həm də peşəkar yarışma formatını birləşdirərək kritik infrastrukturun müdafiəsi sahəsində praktik biliklərin və strateji yanaşmaların paylaşılmasına zəmin yaradır.

Bu il “CIDC-2025” tədbirinə ümumilikdə 2245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulub. Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

İki gün ərzində “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması, kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən 10 təqdimat və 5 panel müzakirəsi, Azərbaycanda ilk kiberməktəbin “Hack The Future 2” proqramı üzrə 6 ödənişsız təlim və kibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyaları birləşdirən kibertəhlükəsizlik həlləri sərgisi ilə tanışlıq imkanı yaradılıb. Təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim edecəklər. Eləcə də, sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ekranlarda aralıq yarışlar və viktorina sessiyaların da keçirilməsi nəzərdə tutulub.

Sözügedən panel müzakirələrdə “Kibercinayətkarlar üçün yeni oyun meydançası: "Ağıllı şəhərlər", “Ağıllı infrastrukturların mühafizəsində beynəlxalq təcrübə”, “Texnologiyanın qaranlıq üzü: Kritik infrastrukturlarda kiberhücum və sosial mühəndisliyə qarşı yeni nəsil SOC sistemləri”, “Kritik infrastruktur risk altındadır: təhlükəsizlik strategiyalarının yenilənməsinə çağırış”, “Səni tanıyan şəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları - hansı daha vacibdir?” kimi mövzular əhatə olunacaq.

Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu il “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında həyata keçirilir. “Ağıllı şəhərlərdə kibermüharibə” adlandırılması təsadüfi deyil. Yaxın gələcəkdə ölkələrin rəqəmsal infrastrukturlarının təməlini məhz ağıllı şəhərlər təşkil edəcək. Enerji idarəetmə sistemlərindən tutmuş nəqliyyat şəbəkələrinə, səhiyyədən təhsil sistemlərinə qədər hər şey rəqəmsallaşır. “Ağıllı şəhər” konsepti həyatımıza çoxsaylı üstünlüklər gətirir: nəqliyyat infrastrukturu, enerji təchizatı, rabitə sistemləri, su təminatı, ictimai xidmətlər - hamısı daha səmərəli, çevik və rahat idarə olunur. Lakin bu sistemlərin hər biri kibermühitdə potensial hədəfdir. “Ağıllı şəhərlərdə kibermüharibə”: - virtual müdafiə və hücum ssenarilərinin simulyasiya olunması, kritik informasiya infrastrukturlarının pozulması risklərinin praktiki təhlili, onların qarşısının alınması bacarıqlarının sınaqdan keçirilməsi və böhran vəziyyətində sistemlərin idarə olunmasıdır. Bu kibersavaşda iştirakçılar həm nəzəri biliklərini, həm də real ssenarilərə əsaslanan hücum və müdafiə simulyasiyalarında praktiki bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilk dəfə 5 xarici komanda iştirak edir. Onların arasında – Birləşmiş Ərəb Əmirliklərinin, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan ölkələrinin komandaları yer alıb. Qalib komandalar 30 min manatlıq mükafat fonduna sahib olacaqlar.

“CIDC-2025” ölkəmizin kibertəhlükəsizlik sahəsində regional lider mövqeyini möhkəmləndirmək, gənc mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və dövlət–özəl əməkdaşlığını dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində qurulan əlaqələr və təqdim olunan yeni texnoloji həllər Azərbaycanın rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına güclü təkan verəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Hava ilə bağlı XƏBƏRDARLIQ 17:37 Azərbaycan və İran arasında yeni əməkdaşlıq 17:27 Avropa "qovrulur" - Həyat iflic oldu 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Təqaüdçüləri aldadıb pullarını mənimsədi 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 "Tarqovı"da obyekt yanır - VİDEO - YENİLƏNDİ 11:51 Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Bütün Xəbərlər