TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verir

TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verir
05.08.2025 12:39 İKT

Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok, rəqəmsal rifahı təmin etmək və istifadəçiləri dəstəkləmək məqsədilə bir sıra yeni funksiyaları istifadəyə verir. Yeniliklər üç əsas istiqaməti əhatə edir: yeniyetmələrin təhlükəsizliyi, kontent müəlliflərinə dəstək və cəmiyyətin etibarlı rəqəmsal mühitin yaradılmasında iştirakını təşviq etmək.

TodayPress TV xəbər verir ki, TikTok, istifadəçilərin ilham tapdığı, yaradıcılığını paylaşdığı, yeni imkanlar kəşf etdiyi təhlükəsiz və yaradıcı bir məkan formalaşdırmağa davam edir.

Yeni funksiyalar təkcə təhlükəsizliyin təmin edilməsi məqsədi daşımır, eyni zamanda hər bir istifadəçinin özünü inamlı, sərbəst və güvənli hiss etdiyi şüurlu rəqəmsal mədəniyyətin formalaşmasına xidmət edir.

Yeniyetmələr və onların valideynləri üçün təhlükəsizlik

TikTok yeniyetmələrin platformadan təhlükəsiz və rahat istifadə etməsini təmin etmək məqsədilə 50-dən çox funksiyanı və tənzimləmə imkanını təqdim edir. Əlavə olaraq, avtomatik işləyən daxili təhlükəsizlik mexanizmlərindən başqa, platforma valideynlərə yeniyetmələrin ehtiyaclarına uyğun olaraq TikTok-u fərdiləşdirməyə kömək edən və artıq özünü doğrultmuş “Ailə tənzimləmələri” adlı valideyn nəzarəti alətini də təklif edir. Artıq bu alətə yeni imkanlar da əlavə olunub:

- Yeniyetmə digər istifadəçilər üçün görünən video, hekayə və ya foto paylaşdıqda valideynə avtomatik bildiriş göndərilir. Bu, valideynlərə övladları ilə onun onlayn paylaşımları barədə vaxtında və müdaxiləsiz, təzyiq göstərmədən söhbət etmək imkanı yaradır.

- Yeniyetmənin (16–17 yaş) hansı məxfilik ayarlarını seçdiyini görmək imkanı: məsələn, digər istifadəçilərə onun videolarını yükləməyə icazə verilib-verilmədiyi, onun abunə siyahısının başqalarına açıq olub-olmadığı, hansı mövzuların maraqlı kimi qeyd edildiyi və buna görə də platforma tərəfindən daha tez-tez baxmaq üçün tövsiyə olunduğu.

Rəqəmsal rifahın dəstəklənməsi

TikTok hesab edir ki, rəqəmsal texnologiyalar həddindən artıq yüklənmə və ya uzaqlaşmağa səbəb olmadan inkişaf etməyə, ilham verməyə və özlərini rahat hiss etməyə kömək etməlidir. Məhz bu səbəbdən TikTok, mütəxəssislərlə və platformanın Gənclər Şurası ilə birgə “Rəqəmsal rifah missiyaları” adlı təşəbbüsü hazırlayıb. Bu təşəbbüs qısa tapşırıqlardan ibarətdir və sağlam rəqəmsal vərdişlərin formalaşmasına kömək etməyi hədəfləyir.

Missiyaların ilk seriyası rəqəmsal rifahı dəstəkləyən və artıq mövcud olan TikTok funksiyaları ilə tanış edir. Onların arasında “Yuxu vaxtı”, “Ekran vaxtı”, “Ailə tənzimləmələri”, “Təhlükəsizlik mərkəzi”, “Açar sözlərə görə filtr” daxildir. Missiyaları yerinə yetirən istifadəçilər xüsusi nişanlar əldə edəcəklər ki, bu da onlara öz irəliləyişlərini izləməyə kömək edəcək.

TikTok həmçinin tətbiqin daxilində yeni bölmənin yaradılması üzərində çalışır. Bu bölmədə rəqəmsal rifahı dəstəkləyən bütün seçimlər toplanacaq – nəfəs məşqlərindən və sakitləşdirici audio parçalarından tutmuş istifadəçilərə platformada keçirdikləri vaxtı şüurlu şəkildə idarə etməyə kömək edən alətlərə qədər.

Yaradıcıların dəstəyi

Kontent yaradıcıları TikTok-un hərəkətverici qüvvəsidir. Məhz onlar trendləri müəyyən edir, izləyiciləri cəlb edir və platformanın cəmiyyətini formalaşdırırlar. Onların özlərini təhlükəsiz və güvənli hiss etmələri üçün platforma yeni alətlər təqdim edir:

- Yaradıcıya dəstək rejimi – istənməyən və təhqiredici şərhləri filtr vasitəsilə idarə etməyə kömək edir.

- TikTok LIVE-da sözlərin, ifadələrin və emojilərin kütləvi olaraq söndürülməsi;

- Content Check Lite (Məzmunun ilkin yoxlanışı) – yaradıcılara videolarını paylaşmadan əvvəl digər istifadəçilərə tövsiyə olunmağa uyğun olub-olmadığını yoxlamağa imkan verir.

- Yaradıcılar üçün gələnlər qutusu – yenilənmiş interfeys, mesajları çeşidləməyə və emal etməyə kömək edir. İndi 10 000-dən çox izləyicisi olan yaradıcılar üçün “oxunmamış” və “vacib” bölmələri, sürətli cavablar yaratmaq və tez-tez verilən suallara avtomatik cavablar tənzimləmək imkanı mövcuddur.

- “Yaradının Söhbət Otağı” — yaradıcıların TikTok-da ən fəal izləyiciləri ilə birbaşa əlaqə qurmasına və ünsiyyət saxlamasına imkan verən funksiyadır. Söhbət otaqları yalnız 18 yaşdan yuxarı, minimum 10 000 izləyicisi olan və “Superabunə” və ya “Canlı Yayım Azakeş Qrupu” funksiyası aktivləşdirilmiş yaradıcılar üçün əlçatandır. Bütün paylaşılan məzmun isə TikTok-un İcma Qaydalarına uyğun olmalıdır.

Bu funksiyalar yaradıcılığı daha təhlükəsiz və rahat edir ki, yaradıcılar diqqətlərini həqiqətən vacib olan — öz məzmunları və auditoriyaları üzərində cəmləyə bilsinlər.

Platforma nümayəndələrinin bildirdiyinə görə, bu yeniliklər yeniyetmələrin, valideynlərin, ekspertlərin, vətəndaş cəmiyyəti, media nümayəndələrinin rəy və təklifləri nəzərə alınaraq hazırlanıb ki, TikTok hər kəs üçün daha təhlükəsiz və şəffaf platforma olsun.

XƏBƏR LENTİ
16 IYUN 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 Bütün Xəbərlər