"Apple" maqnitlərə sərmayə qoyacaq

"Apple" maqnitlərə sərmayə qoyacaq
15.07.2025 18:30 İKT

"Apple" ABŞ-də nadir torpaq metalları istehsal edən "MP Materials" şirkəti ilə əməkdaşlıq edəcək və bu məqsədlə 500 milyon dollar sərmayə yatıracaq. 

TodayPress TV xəbər verir ki, bu sərmayə "Apple" məhsulları üçün ABŞ-də istehsal olunan nadir torpaq maqnitləri hazırlamaq üçündür. 

Pulun bir hissəsi Texas ştatında yerləşən zavodun genişləndirilməsinə və "Apple" üçün xüsusi istehsal xətlərinin qurulmasına xərclənəcək. Kaliforniyada isə yeni emal zavodu tikiləcək.

Həmçinin, bu əməkdaşlıq çərçivəsində yeni materiallar və texnologiyalar hazırlanacaq. Layihə nəticəsində ABŞ-də onlarla yeni iş yeri yaradılacaq. "Apple" rəhbəri Tim Kuk bildirib ki, bu materiallar müasir texnologiyalar üçün çox vacibdir və bu layihə ABŞ-nin təchizatını gücləndirəcək. 

Bu əməkdaşlıq, "Apple"ın ABŞ iqtisadiyyatına növbəti dörd ildə 500 milyard dollardan çox sərmayə yatırmaq planının bir hissəsidir. Bu plana həmçinin çip istehsalı, süni intellekt serverləri və "Apple TV+" üçün məzmun istehsalı da daxildir. Bu qərar ABŞ hökumətinin "Apple"a istehsal proseslərini ölkəyə qaytarmaq təzyiqləri fonunda verilib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər