Xabi Alonso: “Real”ın hər futbolçusundan faydalanmağa çalışacağam

Xabi Alonso: “Real”ın hər futbolçusundan faydalanmağa çalışacağam
25.08.2025 16:54 İdman

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso La Liqanın II turunda “Ovyedo” üzərində 3:0 hesablı qələbədən sonra komandasının heyətindəki dəyişikliklər barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

“Bütün qərarlar oyunun tələblərindən, yükdən və rəqibdən asılıdır. Növbəti ay üçün hələ yekun qərar verməmişəm. Əvvəlcə futbolçuların necə bərpa olunduğunu izləyəcəyəm və hər birinin özünü vacib hiss etməsini istəyirəm - istər əsas heyətdə, istər ehtiyatdan oyuna qoşulanda, istərsə də növbəti matça hazırlaşarkən. Bu, komandanın sabitliyi üçün çox önəmlidir.

Tur göstərdi ki, inkişafımız davam edir. İndi milli komandaların oyunları üçün fasilədən öncə “Malyorka” ilə görüşə hazırlaşacağıq. Komandada 20-yə yaxın futbolçumuz var və mən onların hər birindən maksimum faydalanmağa çalışacağam. Bəzən bir neçə dəqiqə də oynayıb komanda üçün vacib olmaq mümkündür. Vinisius bunu göstərdi. İstəyirəm ki, hər kəs komandaya öz töhfəsini versin. Bu, bizim üçün norma olacaq”, - deyə Alonso bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
06 AVQUST 2026
2026 reqlamentinin sirrini “McLaren” açıqladı! 16:16 ABŞ üçün məsələ təkcə İran deyil - TRAMPIN YAXIN ŞƏRQ PLANI NƏDİR ? 16:15 Bu qida qocalmanı ləngidə bilər 16:01 Özbəkistan millisinin baş məşqçisi açıqlama verdi 16:01 İdman edənlərin nəzərinə: Yorğunluq hissini necə dəf etmək olar? 15:49 Qan təzyiqini ayaqda ölçün - Mütəxəssislər açıqladı 15:39 Ən faydalı şokolad növü açıqlandı - Bu növ iltihabı azalda bilər 15:31 Sanders: Pulu İsrailə yox vətəndaşlarımıza xərcləməliyik 15:18 “Qarabağ”ın səsinə Lublin stadionu şahid olacaq! 15:14 “Formula-1” ulduzlarının gecə macərası üzə çıxdı! 14:54 Prezidentin yeni təyinat verdiyi Fəxrəddin İsmayılov kimdir ? 14:53 Elman Abdullayev UNESCO-dan geri çağırıldı, yerinə təyinat oldu 14:29 Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı 14:26 Qəzzada 112 insan 1000 gündən sonra dəfn edildi - VİDEO 14:17 Rassell “Formula-1”dəki sərt reallığı açıqladı! 14:09 Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi geri çağırıldı, yenisi təyin olundu - FOTOLAR 14:04 Kannavaro millidəki gizli problemi üzə çıxardı! 13:51 Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi 13:43 Azərbaycanlı futbol funksioneri növbəti dəfə UEFA-nın seçimi oldu! 13:29 AZCON-a "Azərkosmos"la bağlı yeni səlahiyyətlər verildi 13:26 Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edildi 13:24 “Qalatasaray”ı şoka salan komissiya tələbi! 13:13 Azərbaycanda kağızsız hökumətə keçid tarixi açıqlandı 13:12 Narazılıqdan sonra “Maklaren” yeni şöbə yaratdı! 13:11 Arutyunyan və digərlərinin məhkəməsində qərar... 12:51 Bütün Xəbərlər