Sənan Qurbanov :"Turan Tovuz" səfərinə qələbə üçün yollanmışdıq"

Sənan Qurbanov :"Turan Tovuz" səfərinə qələbə üçün yollanmışdıq"
28.11.2025 21:29 İdman

"Neftçi" "Turan Tovuz" səfərinə qələbə üçün yollanıb.

TodayPress TV xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Sənan Qurbanov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bərabərə qaldıqları qarşılaşmanı belə şərh edib:

"Tovuz səfəri hər zaman çətin keçir. "Turan Tovuz" iddialı klubdur. Çalışdıq ki, qısa zamanda komandamızı bu rəqibə qarşı hazırlayaq. Bu meydanda mübarizəli oyun keçəcəyini bilirdik. Futbolçular həm müdafiədə, həm də hücumda müxtəlif gedişatlar etməyə çalışdılar. Əlbəttə ki, buraya qələbə qazanmaq üçün gəlmişdik. Çünki ad "Neftçi"dirsə, burada mütləq şəkildə 3 xal prioritet sayılır. Bu gün futbolçularımız pis çıxış etmədilər, yaxşı təsir bağışladılar. Düşünürəm ki, qarşıdakı günlərdə komandamız işinə bu şəkildə ciddi yanaşsa, uğur qazanmaq uzaqda deyil. Çox keyfiyyətli futbolçularımız var və təbii ki, komandamız daha yaxşı yerlərə layiqdir. Harda "Neftçi" adı varsa, orada həm çempionluq, həm də kubok uğrunda mübarizə aparmaq var".

Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" oyununda hesab açılmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər