Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında!

Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında!
05.06.2026 15:07 İdman

“Beşiktaş” yeni baş məşqçisini müəyyənləşdirib. İstanbul təmsilçisi italiyalı mütəxəssis Vinçenzo İtaliano ilə razılığa gəlib.

TodayPress TV xəbər verir ki, klub 48 yaşlı çalışdırıcının bu gün İstanbula gələcəyini açıqlayıb.

“Qara qartallar”ın yaydığı məlumata görə, Vinçenzo Italianonu daşıyan təyyarənin bu gün saat 16:00 radələrində İstanbuldakı Atatürk Hava Limanının Baş Aviasiya Terminalına enməsi gözlənilir.

Ən son “Bolonya”nı çalışdıran İtaliano klubun tarixində mühüm uğura imza atıb. Onun rəhbərliyi altında komanda 51 ildən sonra ilk dəfə İtaliya Kubokunu qazanıb. Finalda isə “Milan” məğlub edilib.

İtaliya mətbuatının məlumatına görə, “Beşiktaş” italiyalı mütəxəssislə iki illik müqavilə imzalayıb. Jurnalist Canluka Di Marzionun iddiasına əsasən, məşqçinin illik maaşı 6 milyon avro, onun məşqçilər korpusunun qazancı isə illik 2,5 milyon avro olacaq.

Mayın 28-də “Bolonya” ilə yollarını ayıran İtalianonun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Məşqçilik karyerası ərzində “Viqontina”, “Arzinyano”, “Trapani”, “Spezia”, “Fiorentina” və “Bolonya” kimi komandaları çalışdıran italiyalı mütəxəssis son illərdə Avropa futbolunda diqqət çəkən məşqçilərdən biri hesab olunur.

İtaliano yüksək pressinqə, sürətli tempə və hücum futboluna üstünlük verməsi ilə tanınır. O, “Fiorentina” ilə ardıcıl iki mövsüm UEFA Konfrans Liqasının finalına yüksəlib. Florensiya təmsilçisi 2023-cü ildə “Vest Hem Yunayted”ə, 2024-cü ildə isə “Olimpiakos”a məğlub olaraq kuboku qazana bilməyib.

“Beşiktaş” rəhbərliyi yeni mövsümdə çempionluq uğrunda mübarizə aparacaq güclü heyət formalaşdırmağı hədəfləyir. İtalianonun təyinatından sonra klubun transfer fəaliyyətlərinin daha da sürətlənəcəyi gözlənilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır - VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər