Paralimpiyaçılarımızdan 13 medal

Paralimpiyaçılarımızdan 13 medal
28.07.2025 12:31 İdman

Türkiyənin İstanbul şəhərində təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunları başa çatıb.

TodayPress TV xəbər verir ki, 7-ci dəfə təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarında debüt edən Azərbaycan Milli Paralimpiya komandası 7 idman növündə 17 idmançı ilə təmsil olunduğu oyunları 4 qızıl, 2 gümüş və 7 bürünc medalla bitirib.

Qeyd edək ki, 33 ölkədən 700-ə yaxın idmançının mübarizə apardığı oyunlarda milli komandamıza qızıl medalları Sabir Zeynalov (parataekvondo, K44, 58 kq), Amin Əliyev (parataekvondo, K44, 63 kq), Səmayə Həsənova (parataekvondo, K44, 47 kq) və Ayşə Arabova (paraatletika, uzunluğa tullanma, T11), gümüş medalları isə Orxan Cəfərov (parataekvondo, K44, 80 kq) ilə Əli Vəliyev (paraüzgüçülük, 2009-2013-cü il təvəllüdlülər arasında, S10, 100 metr “butterfly” (kəpənək)) qazandırıb.

Bürünc medallara isə Ayxan Nuruyev (parataekvondo, K44, 58 kq), Amin Şıxalıyev (parataekvondo, K44, 63 kq), İmran Bağırov (parataekvondo, K44, 70 kq), Ömər Qurbanov (paracüdo, J2, 62 kq), Hüseyn İsmayılzadə (paracüdo, K44, 70 kq) və Əli Vəliyev (paraüzgüçülük, S10, 2009-2013-cü il təvəllüdlülər arasında, 100 metr sərbəst, 400 metr sərbəst) yiyələnib.

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər