Karlo Ançelotti “Real Madrid”lə vidalaşdı

Karlo Ançelotti “Real Madrid”lə vidalaşdı
23.05.2025 15:00 İdman

İtaliyalı baş məşqçi Karlo Ançelotti mövsümün sonunda Madridin “Real” klubunu tərk edəcəyini rəsmən təsdiqləyib.   

TodayPress TV xəbər verir ki, təcrübəli mütəxəssis vida mesajını şəxsi “X” sosial şəbəkə hesabında paylaşıb. 

“Bu gün yenidən vidalaşırıq. “Real”dakı bu möhtəşəm ikinci dönəmdə yaşadığım hər bir anı xatırlayıram. Bu illər unudulmaz oldu - duyğularla, titullarla və hər şeydən önəmlisi, klubun loqosunu təmsil etməyin verdiyi qürurla dolu bir səyahət idi.

Prezident Florentino Peresə, klub rəhbərliyinə, futbolçularıma, əməkdaşlara və həmişə özümü onlardan biri kimi hiss etdirən azarkeşlərimizə təşəkkür edirəm.

Birlikdə qazandığımız uğurlar “Real Madrid” azarkeşlərinin yaddaşında əbədi qalacaq.

Söhbət təkcə qələbələrdən deyil, həm də onları necə qazandığımızdan gedir. “Santyaqo Bernabeu”da keçirdiyimiz sehrli gecələr futbol tarixinin bir hissəsinə çevrildi. İndi isə yeni bir macəra başlayır. Amma “Real”la bağım əbədi olaraq qalacaq.

Tezliklə görüşərik. Hala Madrid, bu qədər” deyə Ançelotti bildirib. 

2021-ci ildən "Real"ı çalışdıran təcrübəli mütəxəssis 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda Klublararası dünya çempionatının və UEFA Superkubokunun qalibi olub.

O, 2 dəfə İspaniya Superkubokunu və eyni sayda ölkə kubokunu da qazanıb. 

Qeyd edək ki, Karlo Ançelotti 2013-2015-ci illərdə də "Real"a rəhbərlik edib.

O, ümumilikdə qazandığı 15 titulla "Real" tarixinin ən uğurlu baş məşqçisi hesab olunur.   

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUN 2026
Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Bütün Xəbərlər