“İnter” axtardığını tapdı - YENİLƏNDİ

“İnter” axtardığını tapdı - YENİLƏNDİ
04.06.2025 17:17 İdman

Yeni baş məşqçi axtarışında olan Milanın “İnter” klubu Sesk Fabreqasla anlaşıb.

TodayPress TV xarici mətbuata istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub. 

“İnter”in təklif etdiyi məbləğ ispaniyalı mütəxəssisi qane edib.

Hazırda “Komo”ya rəhbərlik edən məşqçinin klubla 2028-ci ilin yayınadək müqaviləsi var.

Namiq HUN

***

09:27

Milanın “İnter” klubu baş məşqçi Simone İnzaqinin komandadan ayrılmasından sonra onu əvəzləyəcək yeni çalışdırıcı axtarışına başlayıb. 

TodayPress TV xəbər verir ki, tanınmış futbol insayderi Fabrisio Romano bu barədə sosial şəbəkə platforması “X”də məlumat yayıb.

Bildirilir ki, “İnter” rəhbərliyi hazırda İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqasla danışıqlara başlamaq niyyətindədir.

“Neradzurri” artıq “Komo”ya rəsmi müraciət edərək 38 yaşlı ispaniyalı mütəxəssislə birbaşa əlaqə üçün icazə istəyib. Fabreqasın 2028-ci ilin yayına qədər “Komo” ilə uzunmüddətli müqaviləsi var. Buna görə “İnter” birbaşa danışıqlar apara bilmir və hüquqi prosedurlara əməl etməyə məcburdur.

Qeyd edək ki, “İnter” yaxın vaxtlarda öz layihəsini Fabreqasa təqdim etməyə hazırlaşır.

Xatırladaq ki, bir neçə gün öncə baş məşqçi Simone İnzaqi “İnter”dən ayrıldığını rəsmən açıqlayıb. İddialara görə, italiyalı mütəxəssisə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu baş məşqçi vəzifəsini təklif edib və İnzaqi dəvəti qəbul edib.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUN 2026
Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 Bütün Xəbərlər