Əfsanəvi “Çelsi” “Qarabağ”la bacarmadı

Əfsanəvi “Çelsi” “Qarabağ”la bacarmadı
06.11.2025 11:32 İdman

Qarabağ” Zəfər günü ərəfəsində Azərbaycan xalqını sevindirdi. Bəli, o gün, bu gündür! 


Azərbaycan futbolu İngiltərə komandaları ilə oyunda ilk dəfə xal qazandı. Buna qədər “Qarabağ”ın İngiltərə klubları ilə matçlarda uğursuz statistikası 7 oyuna 7 məğlubiyyət idi. Xalqın dirəniş simvolu “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Çelsi”ni büdrətməyi bacardı – 2:2. Zəfər çalmağın ayrı ləzzəti olardı. Amma “Çelsi” kimi rəqibi çox vacib 3 xala həsrət qoymağın özü də bir uğurdur. Başqa sözlə, “zadəganlar”ın Bakı mücadiləsində bəxti gətirdi. Xalsız da qala bilərdilər. “Qarabağ” rəqibi noqdauna salmışdı. Nokauta cəmi bir dəqiq zərbə çatmadı. 


Həqiqətən inanılmazdır! Klublararası son dünya çempionu, UEFA Konfrans Liqasının qalibi Bakıdan Londona cəmi 1 xalla döndü. Bütün mümkün kubokların sahibi ilə qarşıdurmada qazanılan bu 1 xal qızıla bərabər xaldır. Qarşıdakı turlarda qazanılacaq daha 1 qələbə, və ya 2 heç-heçə “Qarabağ”ı qitənin ən nüfuzlu klub turnirinin pley-offuna daşıyacaq. Rəqiblərin nəticələri, heç-heçə bitən oyunların çoxluğu belə düşünməyə əsas verir. Artıq cari mövsüm toplanacaq 9 xal xoşbəxt 24-lüyə düşməyə əsas verəcək.    


“Qarabağ” klubu gücünü, səviyyəsini qəbul və etiraf edən Entso Mareskanın “Çelsi”si ilə dünya səviyyəli futbol oynadı. Rəqibin kimliyindən və ad-sanından asılı olmayaraq, “iştah diş altındadır” deyib “köhlən atlılar”ımız ilıq havalı Tofiq Bəhramov adına Respublika stadionunda şahə qalxmağı bacardılar. Baxmayaraq ki, “Çelsi” qələbə qazanmaq və növbəti mərhələyə bir addım da yaxınlaşmaq istəyirdi. ”Qarabağ”ın da məqsədi xal qazanmaq idi. 1 xal yaxşı, 3 xal isə əla olacaqdı. “Qarabağ” “Çelsi” üçün ağır keçən gecəni yaxşı xalla bitirdi.  


Qarşılaşmanın sərfəli nəticəsinə ümidliydik. Bu əminlik hissini bizə verən də çempionumuzun Avropa arenalarında göstərdiyi oyunlar və nəticələrdir. “Qarabağ” Çempionlar Liqasında İngiltərə nəhənginə qarşı azarkeşləri qarşısında xal qazanaraq Azərbaycan futbol tarixində daha bir iz qoydu.

Namiq HUN

XƏBƏR LENTİ
30 IYUL 2026
Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 Bütün Xəbərlər