EFE Qurban Qurbanovla bağlı yazı dərc etdi

EFE Qurban Qurbanovla bağlı yazı dərc etdi
16.09.2025 16:00 İdman

İspaniyanın EFE informasiya agentliyi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı yazı hazırlayıb.

TodayPress TV xəbər verir ki, məqalədə Qurbanovun UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində çıxış edən klubların məşqçiləri arasında bir komandaya ən uzun müddət başçılıq edən mütəxəssis olduğu göstərilib. 

2008-ci ildən “Qarabağ”ın sükanı arxasında olan mütəxəssislə bu göstəricidə yalnız 2011-ci ildən “Atletiko” klubunu çalışdıran argentinalı Dieqo Simeonenin müqayisə oluna biləcəyi qeyd edilib. 

Məqalədə, həmçinin Ağdam təmsilçisinin Qurban Qurbanovun rəhbərliyi altında ardıcıl 12 il avrokubokların, ikinci dəfə isə Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardığı diqqətə çatdırılıb.  “Köhlən atlar”ın 2017-2018-ci illər mövsümündə ÇL-in qrup mərhələsində “Atletiko” ilə keçirdiyi uğurlu oyunlara (0:0, 1:1) toxunulub.

Yazıda məşqçinin hakimlərin işini tənqid etmədiyi, nümunəvi davranışına görə “Fair Play” mükafatı alması da vurğulanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Bütün Xəbərlər