DÇ-2026: İngiltərə dünya üçüncüsü oldu
Futbol üzrə İngiltərə millisi 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi olub.
TodayPress TV xəbər verir ki, Fransa ilə qarşılaşan ingilislər bürünc medal uğrunda matçda 6:4 hesablı qələbəyə seviniblər.
Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellinqem (90+8) fərqləniblər. "Xoruzlar"dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.
02:23
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda altıncı qol vurulub.
TodayPress TV xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda fransızlar hesab arasındakı fərqi azaldıblar - 2:4.
54-cü dəqiqədə Bradli Barkola fərqlənib.
02:14
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda beşinci qol vurulub.
TodayPress TV xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda fransızlar hesab arasındakı fərqi azaldıblar - 1:4.
48-ci dəqiqədə Kilian Mbappe fərqlənib.
01:54
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda ilk hissə bitib.
TodayPress TV xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fasiləyə dörd toplu üstünlüklə yollanıblar - 4:0.
Qarşılaşmanı Venesueladan olan FIFA referisi Xesus Valensuela idarə edir.
01:41
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda üçüncü qol vurulub.
TodayPress TV xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fərqi artırıblar - 3:0.
37-ci dəqiqədə Bukayo Saka fərqlənib.
01:28
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fərqi artırıblar - 2:0.
18-ci dəqiqədə Ezri Konsa başla dəqiq oynayıb.
01:06
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda hesab açılıb.
TodayPress TV xəbər verir ki, üçüncü yer uğrunda matçda İngiltərə ilk qola sevinib.
3-cü dəqiqədə Deklan Rays qapını dəqiq nişan alıb.
01:00
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, üçüncü yer uğrunda matç Mayami stadionunda keçirilir.
Qarşılaşmanı Venesueladan olan FIFA referisi Xesus Valensuela idarə edir.