Azərbaycanın gələcək potensialı var

Azərbaycanın gələcək potensialı var
17.11.2025 09:45 İdman

“Azərbaycan yığması ilə oyundan həzz almaq istəyirik”. Fransa millisinin futbolçusu İbrahima Konatenin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil edilən mətbuat konfransında dediyi sözlər gerçək oldu. Onun nisbi mənada dediyi “bizi çətin oyun gözləyə bilər” sözləri də dəqiq oldu. 

Bəli, millimiz Konate və dostlarını Fernandu Santuş dönəmində baş tutan ilk görüşdə təəccübləndirməyi bacarmışdı. 

“Səmimi olacağam, birinci matçda çətinlik çəkdik. Bizim də Bakıda öz hədəflərimiz var. Bunun üçün mübarizə aparacağıq”- deyə Konate bildirmişdi.

Millimizlə oyundan xalla qayıtmaq istəyən "xoruz"lar istəklərinə çatdılar. Amma Ayxan Abbasov dönəmində bu uğur daha çətin mübarizədə əldə olundu. Fransızları şokdan Jan-Filipp Matetanın fərdi ustalığı çıxartdı. Sonrası necə oldu? Bunu əyani olaraq hamınız gördünüz. 

Azərbaycan yığma komandası futbol oynamağı bacardığını bir daha göstərdi. Bunun bir daha şahidi olduq. Onuda gördük ki, keyfiyyətimiz bir yerə qədər çatır. Fransa yığması kimi Avropa nəhəngi ilə başabaş 17-ci dəqiqəyədək oynaya bildik. Bundan sonrasını isə millimiz gətirə bilmədi. Amma uğurlu gələcək gələcək. 

Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov da futbolçuların bu oyundakı çıxışının inam yaratdığını vurğuladı. O, komandanın bu matçla vacib mesaj verdiyini dedi:

“Bu oyunla bizim futbolçulara inam verdilər. Gələcək üçün ilham verdilər ki, hər kəslə mübarizə aparmaq olar”.

Bəli, onu ilk növbədə"dişimizə görə" olan Millətlər Liqası oyunlarında görəcəyik. Hazırlaşmaq lazımdır. İtirilmişləri qaytarmaq üçün heyətə Krivatsyuk, Emin, Rəhman, Bəhlul, Xəyal, Xaybullayev kimi milli nədi dərk edən futbolçular çağrılmalıdır. Milli komandaya ikinci dərəcə kimi baxanlar siyahıya salınmamalıdır. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər