Azərbaycan klubu futbolçusunu Çinə 350 min dollara satdı

Azərbaycan klubu futbolçusunu Çinə 350 min dollara satdı
03.01.2026 22:30 İdman

Aleks de Souzanın Azərbaycan macərası başa çatıb. "Turan Tovuz" braziliyalı hücumçunu satıb.

TodayPress TV xəbər verir ki, 24 yaşlı "sambaçı" karyerasını bundan sonra Çində davam etdirəcək. Qərb təmsilçisi bu sövdələşmədən pul qazanıb. 

"Turan Tovuz" hələlik adı gizli saxlanılan Asiya klubundan öncə 500 min dollar təzminat tələb edib. Sonda tərəflər 350 min dollar qarşılığında keçidə razılaşıb.

Maraq üçün bildirək ki, cənubi amerikalı ölkəmizə 2024-cü ilin yanvarında gəlib. Forvard arxada qalan müddətdə meydan çıxdığı 68 görüşdə 20 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

"Turan Tovuz"a qədər "Boluspor"un formasını geyinmiş Aleks ilk 6 ayda 4000 dollar maaş alıb. Keçən mövsüm ona 6000 dollar əməkhaqqı ödənilib.

Cari futbol ilində isə məvacibi daha 2000 dollar artırılmışdı. Növbəti mövsümü də burada keçirsəydi, bu rəqəm 10 min dollara qaldırılacaqdı.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 Bütün Xəbərlər