Azərbaycan boksçuları Dünya kubokunda tarixi nəticə qazandı

Azərbaycan boksçuları Dünya kubokunda tarixi nəticə qazandı
27.04.2026 09:35 İdman

Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən boks üzrə Dünya kuboku başa çatıb. 

TodayPress TV xəbər verir ki, yarışda Azərbaycan yığma komandası tarixi nəticəyə imza atıb.

Komandamız Dünya kubokunda ilk dəfə üç qızıl və bir bürünc medal qazanıb.

Millimizin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) Dünya kubokunun qalibi olub. 

Bu uğurun davamını Sübhan Mamedov (50 kq) gətirib. Mərakeşli İssam Bensayarla döyüşü 5:0 hesabı ilə qazanan Sübhan mundialın qızıl medalını boynundan asıb. 

Onun ardınca Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həlledici görüşdə Ermənistan boksçusu Davit Çaloyanı 3:2 hesabı ilə məğlub edən Abdullayev Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.

Nəbi İsgəndərovun (70 kq) isə Dünya kuboku turnirindən qazancı bürünc medal olub. 

Namiq HUN

TodayPress TV

FOTOLAR

Azərbaycan boksçuları Dünya kubokunda tarixi nəticə qazandı — 1
Azərbaycan boksçuları Dünya kubokunda tarixi nəticə qazandı — 2
Azərbaycan boksçuları Dünya kubokunda tarixi nəticə qazandı — 3
Azərbaycan boksçuları Dünya kubokunda tarixi nəticə qazandı — 4
Azərbaycan boksçuları Dünya kubokunda tarixi nəticə qazandı — 5
XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər