Azərbaycan Avropa kubokuna 4 klubla qatılacaq

Azərbaycan Avropa kubokuna 4 klubla qatılacaq
10.07.2025 17:20 İdman

Azərbaycanı həndbol üzrə Avropa kuboku turnirində təmsil edəcək klublar müəyyənləşib.

TodayPress TV xəbər verir ki, nüfuzlu yarışda iki kişi və iki qadın komandamız mübarizə aparacaq.

Kişi həndbolçular arasında sonuncu Azərbaycan çempionatının qalibi “Kür” və gümüş mükafatçı “Bakı” qitə yarışına qatılacaq. Avropa kuboku turnirində ilk mərhələdən azad olan təmsilçilərimiz mübarizəyə ikinci raunddan qoşulacaq. Ümumilikdə bu mərhələdə qitənin 55 komandası yarışacaq. İlk mərhələdən gələcək 9 klubdan sonra iştirakçılar mübarizəni 1/32 finaldan davam etdirəcəklər. İkinci raundun ilk oyunları oktyabrın 11-12-də, cavab matçları bir həftə sonra keçiriləcək.

Qadın həndbolçuların Avropa kuboku turnirində isə ölkəmizi Azərbaycan çempionu “Azəryol” və 3-cü yerin sahibi “Kür” təmsil edəcək. Bütün komandalar yarışa ikinci mərhələdən start verəcək. Burada 50 komanda yarışacaq. Reytinq xalı yüksək olan digər 7 klub isə turnirdə 3-cü mərhələdən çıxış edəcək. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.

XƏBƏR LENTİ
16 IYUN 2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 Bütün Xəbərlər