Alonso Luka Modriçlə bağlı qərar verdi

Alonso Luka Modriçlə bağlı qərar verdi
20.05.2025 11:50 İdman

İspaniyalı futbol mütəxəssisi Xabi Alonso, Klublararası Dünya Çempionatından əvvəl “Real Madrid”in baş məşqçisi postuna keçməzdən əvvəl  heyətlə bağlı planlamalara başlayıb.   

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Xabi Alonso təcrübəli yarımmüdafiəçisi Luka Modriçi heyətdə saxlamaq istəyir.

39 yaşlı xorvatiyalı futbolçunun “Real”la müqaviləsi 2025-ci ilin iyun ayında başa çatır və rəhbərlik onun yaşını nəzərə alaraq anlaşmanı yeniləməməyi planlaşdırırdı. 

Alonso klub rəhbərliyindən bu qərarın yenidən gözdən keçirilməsini və Modriçə daha bir illik yeni müqavilə təklif olunmasını istəyib.

Luka Modriç özü də 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra futbol karyerasını “Santyaqo Bernabeu”da başa vurmaq arzusundadır.  Veteran futbolçunun “kral klubu”nda qalmaq üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razı olduğu bildirilir.   

Xabi Alonso ümid edir ki, rəhbərlik onun fikirlərini nəzərə alacaq və Modriçlə əməkdaşlığı 2026-cı ilin yayına qədər davam etdirəcək.   

Namiq HUN

XƏBƏR LENTİ
30 IYUL 2026
Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 Bütün Xəbərlər