2 güləşçimiz finala yüksəldi

2 güləşçimiz finala yüksəldi
13.06.2025 22:40 İdman

Azərbaycanın 2 sərbəst güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

TodayPress TV xəbər verir ki, Rəvan Həsənzadə (48 kq) polşalı Przemislav Mrozekə 7:0 hesabıyla, slovakiyalı Attila Hegedusa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala adlayıb. Rəvan yarımfinalda türkiyəli Sadık Ateşoğullarından güclü olub – 6:2. Həsənzadə sabah finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşacaq.

Ruslan Əlizadə (55 kq) slovakiyalı İvan Jaksıka tam üstünlüklə (10:0), belaruslu Qleb Piatrova isə 4:2 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ruslan yarımfinalda ermənistanlı Armen Papikyana gücünü göstərib – 8:4. Əlizadə finalda rusiyalı Maxaç Abdullayevlə güləşəcək.

Tunar Nəsibov (65 kq) ilk mərhələdə rumuniyalı İstvan Naqiyə minimal fərqlə (7:6) qalib gəlsə də, 1/8 finalda ukraynalı İvan Zaliskoyla bacarmayıb – 1:12. Rəqib finaladək irəlilədiyi üçün Tunar sabah təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladze ilə güləşəcək.

Əli Hacıyev (80 kq) ermənistanlı Avet Enqoyanı 4:3 hesablı qələbəylə mübarizədən kənarlaşdırsa da, 1/4 finalda britaniyalı Marşal Consa müqavimət göstərə bilməyib – 0:10.

Hakim Tağıyev (110 kq) ruminiyalı Sebastyan Braileskuya “tuş”la və bolqarıstanlı Halil Sadakova 3:0 hesabıyla qalib gələrək yarımfinala adını yazdırıb. Hakim finalın bir addımlığında gürcüstanlı Murtaz Baqdavadzeyə məğlub olub – 0:2. Tağıyev sabah bürünc medal uğrunda qarşılaşmada Qyoerqi Juhas (Macarıstan) – Ernests Stabins (Latviya) görüşünün qalibiylə üz-üzə gələcək.

XƏBƏR LENTİ
15 IYUN 2026
"Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Bütün Xəbərlər