HDQ-də buraxılış mərasimi keçirildi

HDQ-də buraxılış mərasimi keçirildi
18.10.2025 16:58 Hərbi

Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülüb, hörmət və ehtiram nümayiş etdirilib.  

Daha sonra buraxılış mərasimində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov kursun əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb.

Buraxılış mərasimində partlayıcı maddələrin, döyüş sursatlarının və mərmilərin insan həyatı üçün təhlükəsindən danışılıb. Təhlükəli maddələr aşkar edildiyi halda ona toxunmadan dərhal zərərsizlədirmə qrupuna məlumat verilməsi tövsiyə edilib.

Kursu müvəffəqiyyətlə başa vuran məzunlara sertifikatlar və hədiyyələr təqdim edilib.

Sonda qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər.

TodayPress TV

FOTOLAR

HDQ-də buraxılış mərasimi keçirildi — 1
HDQ-də buraxılış mərasimi keçirildi — 2
HDQ-də buraxılış mərasimi keçirildi — 3
HDQ-də buraxılış mərasimi keçirildi — 4
HDQ-də buraxılış mərasimi keçirildi — 5
HDQ-də buraxılış mərasimi keçirildi — 6
HDQ-də buraxılış mərasimi keçirildi — 7
HDQ-də buraxılış mərasimi keçirildi — 8
HDQ-də buraxılış mərasimi keçirildi — 9
XƏBƏR LENTİ
02 AVQUST 2026
Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Bütün Xəbərlər