Glock 17: Polimer çərçivəli əfsanə

Glock 17: Polimer çərçivəli əfsanə
03.04.2026 18:18 Hərbi

Avstriyanın “Glock GmbH” şirkəti tərəfindən hazırlanmış “Glock 17” müasir dövrdə ən geniş istifadə olunan və ən etibarlı tapançalardan biri hesab olunur.

1980-ci illərin əvvəllərində Gaston Glock tərəfindən Avstriya ordusu üçün yaradılan bu model polimer çərçivəsi, “striker-fired” (vurucu mexanizm) sistemi və “Safe Action” (Təhlükəsiz Fəaliyyət) təhlükəsizlik konsepsiyası ilə silah sənayesində inqilabi dönüş yaratdı.


“9×19 mm Parabellum” patronu ilə işləyən “Glock 17” adını daraq tutumundan deyil, Gaston Glock-un qeydiyyatdan keçirdiyi 17-ci patentdən alıb.

1982-ci ildə Avstriya ordusu tərəfindən Pistole 80 (P80) adı ilə qəbul edilən bu tapança bu gün 100-dən çox ölkənin ordu və hüquq-mühafizə orqanlarının arsenalında yer alır. 2026-cı ilin yanvarında təqdim edilən “Gen6” seriyası isə daha da təkmilləşdirilmiş erqonomika, düzüzlü tətik və artırılmış dəqiqlik ilə diqqət çəkir.


Tarix və inkişaf

1980-ci ildə Avstriya ordusu köhnəlmiş “Walther P38” modelini əvəz etmək üçün yeni xidmət tapançası müsabiqəsi elan etdi. Silah dizaynı sahəsində təcrübəsi olmasa da, polimer materiallar üzrə mütəxəssis olan Gaston Glock qısa müddətdə peşəkar komanda formalaşdırdı və cəmi üç aya ilk prototipi hazırladı.


“Glock 17” bu müsabiqədə “Heckler & Koch”, “SIG Sauer”, “Beretta” və “FN Herstal” kimi nəhəng rəqibləri geridə qoyaraq qalib olub. 1982-ci ildə Avstriya ordusu tərəfindən 25 min ədəd sifariş verildi. Sonrakı illərdə NATO testlərini uğurla keçən model Norveç (1985) və İsveç (1988) tərəfindən də qəbul edildi. ABŞ-də isə 1980-ci illərin sonlarından etibarən polis strukturlarında geniş yayılaraq fenomen simvola çevrildi.

Taktiki-texniki xüsusiyyətlər

Glock 17-nin əsas üstünlüyü onun sadə və etibarlı konstruksiyasıdır. Silah cəmi 34 hissədən ibarətdir ki, bu da analoqlarla müqayisədə xeyli azdır.

Polimer çərçivə onu həm yüngül, həm də korroziyaya davamlı edir. “Safe Action” sistemi isə üç daxili təhlükəsizlik mexanizmini birləşdirir:

tətik təhlükəsizliyi - bu mexanizm tətiyin təsadüfən sıxılmasının qarşısını alaraq istəmədən atəş açılmasını əngəlləyir

Zərbə iynəsinin bloklama mexanizmi - bu mexanizm zərbə iynəsinin hərəkətini bloklayaraq təsadüfi atəşin qarşısını alır

düşmə təhlükəsizliyi - Zərbə nəticəsində atəşin qarşısını alan təhlükəsizlik mexanizmi


Əsas texniki göstəricilər (Gen5 və Gen6):

Patron: 9×19 mm Parabellum

Çəki: ~625–630 q (boş)

Uzunluq: 204 mm

Lülə: 114 mm 

Daraq: 17 patron (standart), 19/24/33-lük variantları mövcuddur

Atəş rejimi: yarımavtomatik

Bu model ekstremal şəraitlərdə – palçıq, qum, su və soyuqda – yüksək etibarlılıq nümayiş etdirir və minlərlə atəşdən sonra belə stabil işləməsi ilə tanınır.

Nəsillər və variantlar

Gen1 (1982–1988): İlk versiya

Gen2: Təkmilləşdirilmiş tutuş

Gen3: Aksesuar relsi və barmaq oyuqları

Gen4: Dəyişdirilə bilən arxa panel, daha yaxşı ergonomika

Gen5 (2017–2025): ambidextrous (hər iki əl üçün) idarəetmə,

Gen6 (2026):daha yüksək dəqiqlik və yenilənmiş dizayn


Bu gün müxtəlif hərbi və polis əməliyyatlarında özünü sübut edən bu model minimal texniki xidmətlə yüksək performans təqdim edir.

Glock 17 müasir silah sənayesində dönüş nöqtəsi hesab olunur. Onun sadəliyi, etibarlılığı və yüksək funksionallığı onu uzun illərdir “qızıl standart” səviyyəsində saxlayır.

2026-cı ilin Gen6 yenilənməsi isə bu əfsanəvi platformanın gələcək onilliklərdə də aktuallığını qoruyacağını göstərir. Glock 17 artıq sadəcə tapança deyil – bu, silah tarixinin formalaşmasında mühüm rol oynamış simvollardan biridir.

Nicat Osmanlı

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Bütün Xəbərlər