Belarusun hərbi mərkəzlərinin qapıları Azərbaycan nümayəndə heyətinin üzünə açıldı

Belarusun hərbi mərkəzlərinin qapıları Azərbaycan nümayəndə heyətinin üzünə açıldı
16.07.2026 18:30 Hərbi

Belarusda rəsmi səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra hərbi obyektlərdə olub.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan nümayəndə heyəti Belarusun Silahlı Qüvvələrinin aviabazasını, eləcə də əlahiddə desant-hücum briqadasını ziyarət edib.

Burada Xüsusi Əməliyyat Qüvvələrinin, eləcə də radioelektron mübarizə bölmələrinin silahlanmasında olan hərbi və xüsusi texnikalarla tanış olublar.

Plana uyğun olaraq general-polkovnik K.Vəliyev Pilotsuz Aviasiya Komplekslərinin (PAK) Tətbiqi və Hazırlığı Mərkəzinə, eləcə də Dövlət Hərbi-Sənaye Kompleksinin müəssisəsinə baş çəkib.

Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra qonaqlara PAK operatorlarının hazırlığı və trenajorlarda iş prinsipləri haqqında məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin Minsk şəhərində yerləşən Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstünü ziyarət edib, önünə gül dəstəsi qoyaraq xatirəsinə dərin hörmət və ehtiramlarını nümayiş etdiriblər.

FOTOLAR

Belarusun hərbi mərkəzlərinin qapıları Azərbaycan nümayəndə heyətinin üzünə açıldı — 1
Belarusun hərbi mərkəzlərinin qapıları Azərbaycan nümayəndə heyətinin üzünə açıldı — 2
Belarusun hərbi mərkəzlərinin qapıları Azərbaycan nümayəndə heyətinin üzünə açıldı — 3
Belarusun hərbi mərkəzlərinin qapıları Azərbaycan nümayəndə heyətinin üzünə açıldı — 4
Belarusun hərbi mərkəzlərinin qapıları Azərbaycan nümayəndə heyətinin üzünə açıldı — 5
XƏBƏR LENTİ
17 IYUL 2026
Tramp və Netanyahu İran küçələrini “bəzədi” - FOTO 23:56 UEFA Avropa Liqası: "Vestri" - "Qarabağ" oyununda hesab açıldı - CANLI 00:05 İranın liman şəhərlərinə zərbələr endirilir - VİDEO 00:01 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 23:48 İranda bombardmandan sonra elektrik enerjisi kəsildi 23:45 Zelenski Hakan Fidanı belə mükafatlandırdı - VİDEO 23:33 “Qarabağ”ın oyunu canlı yayımlanacaq? - AÇIQLANDI 23:11 Tramp Türkiyədən niyə razı qaldı? Ağ Ev səbəbini açıqladı 22:53 ABŞ İrana yeni hücum dalğasına başladı 22:48 Hörmüz boğazındakı son vəziyyət açıqlandı 22:35 Etirazlar Zelenskini buna məcbur etdi - Gülləkeçirməz şüşə arxasına keçdi 22:20 İran geri addım atır? - ABŞ-dən İDDİA 22:04 UEFA Konfrans Liqası: “Zirə”“Torpedo”nu məğlub etdi - VİDEO 20:14 Hamı Klimenkonu gözləyirdi, amma Zelenski elə birini seçdi ki… 21:06 Tərtərdə dəhşətli qəza - Ölənlər var 21:32 “Əgər “Hizbullah”a toxunsanız, raketlər işə düşəcək” - XƏBƏRDARLIQ 21:20 Dubaydakı partlayış səsləri ilə bağlı RƏSMİ AÇIQLAMA 20:37 XİN: Həlak olan gəmi kapitanının nəşi tapıldı 20:48 Macarıstanda “Rusiya dosyesi” açıldı - Sabiq nazirin adı hallanır 20:23 ABŞ bazaları olan ölkələrə təcili XƏBƏRDARLIQ 20:00 Rusiyanın Ermənistanın üzünə bağladığı qapılar ABŞ-də açılır 19:56 Zelenski-Putin görüşü bu ölkədə keçirilə bilər 19:45 İrana endirilən zərbələrin ANBAAN GÖRÜNTÜLƏRİ 19:29 FİFA Argentina ilə bağlı qərarını nə vaxt açıqlayacaq? 19:24 Husilər bu ölkəni neft obyektlərini vurmaqla HƏDƏLƏDİ 19:12 Bütün Xəbərlər