Şəkidəki qəzada 6 nəfər xəsarət aldı - YENİLƏNDİ

Şəkidəki qəzada 6 nəfər xəsarət aldı - YENİLƏNDİ
10.11.2025 00:40 Hadisə

Şəkidə baş verən qəzada 6 nəfər xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd olunur ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 6 nəfər (4 kişi, 2 qadın) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarəti alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müayinəsi və müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.

21:46

Axşam saatlarında Şəki–Qax avtomobil yolunun Şəkinin İncə kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.

TodayPress TV xəbər verir ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb olunub.

Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları və müvafiq qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
30 IYUL 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Bütün Xəbərlər