Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutuldu

Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutuldu
10.10.2025 09:13 Hadisə

Şəki rayonunun Vərəzət kəndində oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TodayPress TV - yə verilən məlumata görə gecə saatlarında evlərdən birinə daxil olan naməlum şəxs əvvəlcə oradan 3 min manat dəyərində qızıl-zinət əşyalarını, eləcə də 2 min manata yaxın pulu ələ keçirib və daha sonra iz itirmək məqsədilə həmin evi yandırıb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, 30 yaşlı Elmin Camalov saxlanılıb. O, evdə heç kimin olmamasından istifadə edərək həmin ünvana daxil olduğunu və əməlini həyata keçirdikdən sonra oğurluq etdiyi otağı yandırdığını bildirib. Oğurlanmış pul və qızıl-zinət əşyaları saxlanılan şəxsin avtomobilindən, eləcə də işlədiyi bərbərxanadan aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Bütün Xəbərlər