Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənildi

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənildi
24.11.2025 20:10 Hadisə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 24-də davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Mirhüseyn Salahov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində özünün, Hüseyn Məmmədovun və daha bir neçə nəfərin yaralandığını söyləyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Elturan Cəbiyev Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarət aldığını bildirib.

Zərərçəkmiş Telman Fərhadlı ifadəsində Kəlbəcərdə düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş hadisə zamanı daha iki nəfərin xəsarət aldığını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş İslam Məsiyev və Mehdi Əhmədov Kəlbəcərdə düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində müxtəlif xəsarətlər aldıqlarını bildiriblər.

İfadə verən Xəlil Xasməmmədov düşmənin təxribatı nəticəsində özünün və daha iki nəfərin xəsarət aldığını, daha iki nəfərin isə həlak olduğunu deyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Ariz Məmmədov Şuşa rayonunun Xəlfəli kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin minaatandan açdığı atəş nəticəsində yaralandığını bildirib. Hadisə zamanı yanında olmuş Nemət Abdullayev və Sadiq Qasımlı da yaralanıb.

Zərərçəkmiş Elnur Şıxıyev Kəlbəcərdə tibbi təxliyə maşınını idarə edərkən düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. O bildirib ki, idarə etdiyi avtomobilin üzərində tibbi xidmətlə bağlı fərqləndirici nişan olmasına baxmayaraq, maşın minaatanla atəşə tutulub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Sadiq Əliyev və Müsənnif Əliyev düşmənin Kəlbəcərdə törətdiyi təxribat nəticəsində yaralandıqlarını bildiriblər.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Yagir Sultanov düşmənin atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını söyləyib.

İlyas Babazadə Kəlbəcərdə düşmən tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib. Hadisə zamanı yanında olmuş Nicat Qarazadə isə həlak olub.

Zərərçəkmiş Fərid İbrahimov Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Zərərçəkmiş Elgün Talıbov ifadəsində Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində sağ əlindən yaralandığını söyləyib.

Xəyal Həbibov Laçında düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində yaralandığını bildirib.

Vüqar Həsənov Ağdamda düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib.

Digər zərərçəkmiş şəxslər - Mustafa Ağayev, Əmrah Abdıyev, Natiq Zeynallı, Fərid Əliyev, Hidayət Qüdrətzadə, Polad Rəhmanov, Zamil Tağıyev, Sənan Əliyev, Famil Abdullayev, Firuddin Namazalıyev, Hakim Həsənov, Ömər Musayev müxtəlif istiqamətlərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Daha sonra məhkəmə prosesi cinayət işi materiallarında olan sənədlər və digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ 19:40 Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olundu 19:20 İran nüvə qapılarını açmaqdan imtina etdi - XİN məlumat yaydı 18:51 Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı 18:55 Edinson Kavani "Boka Xuniors" klubundan ayrıldı 18:27 İran cəmi 5 gündə nə qədər neft satdı? – Rəqəmlər açıqlandı 18:24 DİM magistratura üzrə universitetlərin nəticələrini açıqladı 18:13 Balaca bir rayonun əhalisi qədər tələbə universitetdən qovulub 17:53 DİM: Məzun təhsil proqramının 40–77%-ni mənimsəmir 17:35 Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir 17:20 Ölkədə dəhşət yaşanır – Rusiyanın cəmi 10 qırıcısının qaldığı deyilir 17:12 Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi 17:04 Temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 16:52 Şahmatçımız dünya çempionunu MƏĞLUB ETDİ - VİDEO 16:38 Qızıl mədəni vuruldu - qan su yerinə axdı - VİDEO 16:23 Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı 16:25 Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir 16:09 Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi 14:57 Bütün Xəbərlər