Ötən ay narkotiklərlə bağlı 793 cinayət faktı aşkarlanıb

Ötən ay narkotiklərlə bağlı 793 cinayət faktı aşkarlanıb
16.02.2026 11:01 Hadisə

Bu ilin yanvar ayında hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 793 cinayət faktı aşkarlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Qeyd olunub ki, onlardan 162-i narkotik vasitələrin qanunsuz satışı, 630-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 893 kq 456,646 qram narkotik vasitələrin və psixotrop maddələrin765 kq 086,6 qramını marixuana, 76 kq 396,846 qramını heroin, 23 kq 339 qramını tiryək, 20 kq 032,8 qramını həşiş, 6 kq 043,5 qramını digər narkotik vasitələr və 2 kq 557,9 qramını psixotrop maddələr təşkil edib.

Qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 795 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 207 nəfər cəlb edilib, onlardan 199-u kişi, 8-i qadın olub. Məsuliyyətə cəlb edilmiş 3 xarici ölkə vətəndaşından ümumilikdə 48 kq 900,246 qr müxtəlif növ narkotik vasitələr götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 18 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 252 kq 341,549 qr narkotik vasitə çıxarılıb.

Ümumilikdə, aşkarlanan cinayətlərin 14 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 162 kq 240,1 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilib. 100 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 59 kq 691,5 qr müxtəlif növ narkotik vasitə müsadirə edilib.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 108, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 125 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 143 kq 128,62 qr artmış,narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 4 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 28, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 4 nəfər azalıb. Qrup halında olan və bu kateqoriyadan olan digər cinayətlərin sayı isə sabit qalmıb.

2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış psixotrop maddələrin çəkisi 12 kq 400,634 qr (82,9%) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 765 kq 086,6 qr-n (85,6 %) marixuana təşkil edib. Onun da 648 kq 809,2 qramı (84,8%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 116 kq 277,4 qramı (15,1 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə bu ilin 30 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsirmaddələr yandırma üsulu ilə məhv edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 283, QİÇS-lə Mübarizə Mərkəzində 299, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər) 704 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Bu ilin yanvar ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 1(0,01%) nəfəri inyekson narkotik istifadəçisi olub.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Bütün Xəbərlər