Mənzillərə oğurluq məqsədilə girməyə cəhd edən şəxs saxlanıldı- VİDEO

Mənzillərə oğurluq məqsədilə girməyə cəhd edən şəxs saxlanıldı- VİDEO
05.03.2026 23:30 Hadisə

Paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhdlər edən şəxs barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən TodayPress TV-yə  verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı M.Xurşudov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs binalarda açıq qapı aşkar etdikdə, evlərə daxil olaraq oğurluq etməyi planlaşdırıb.

Şübhəli şəxsin digər bir nəfərlə mənzillərin qapılarını yoxladığı, oğurluq niyyəti ilə etdiyi hərəkətlər, həmçinin onların mənzillərin giriş qapılarının fotoşəkillərini çəkmələri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

"Nərimanov Rayon Polis İdarəsində şübhəli şəxslə bağlı hüquqi məsuliyyət tədbirləri davam etdirilir. M.Xurşudovun digər analoji əməllərdə iştirak edib-etmədiyi yoxlanılır.

vətəndaşlara müraciət edərək bir daha tövsiyə edirik ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, yaşayış binalarının girişlərinə və bloklara naməlum şəxslərin daxil olmasına diqqət yetirsinlər, şəxsi əmlakın təhlükəsizliyinə ciddi yanaşsınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polisə məlumat versinlər", - deyə məlumatda bildirilir.


TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Bütün Xəbərlər