Məhkəmədən "Pilot Residence" MTK-ya TƏLƏB: Qanunsuz tikililər sökülsün!

Məhkəmədən "Pilot Residence" MTK-ya TƏLƏB: Qanunsuz tikililər sökülsün!
01.10.2025 10:43 Hadisə

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence" yaşayış kompleksində uzun müddətdir davam edən hüquqi mübahisə artıq sona yaxınlaşır.

TodayPress TV xəbər verir ki, illərdir ki, sakinlərlə MTK rəhbərliyi arasında davam edən narazılıq Səbail Rayon Məhkəməsində aparılan 9 aylıq araşdırma ilə hüquqi müstəviyə daşınıb.

Məhkəmə dövlət qurumlarının rəylərinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəticələrinə əsaslanaraq tikintidə ciddi qanunsuzluqların olduğunu təsbit edib. Nəticədə, MTK-dan həyətə qeyri-qanuni şəkildə inşa olunmuş obyektlərin sökülməsi tələb olunub. Lakin “Pilot Residence” MTK bu qərarla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. 7 ay davam edən araşdırmalardan sonra Apellyasiya Məhkəməsi də əvvəlki qərarı qüvvədə saxladı. Ardınca MTK Ali Məhkəməyə üz tutdu. Ali Məhkəmə apellyasiya instansiyasının daha ətraflı araşdırma aparması məqsədilə işi geri qaytardı. Bu dəfə Apellyasiya Məhkəməsi yerində baxış keçirdi, sakinlərlə birbaşa görüşdü və nəticə olaraq kompleksin həyətində layihədən kənar inşa olunmuş 4 obyektin, o cümlədən 850 m²-lik ticarət sahəsinin qanunsuz olduğunu təsdiq etdi. Məhkəmə MTK qarşısında həmin tikililərin sökülməsi tələbi qoydu.

Artıq iş yenidən Ali Məhkəməyə göndəriləcək və bu Qərar təsdiqlənərsə, hüquqi qüvvəsinə minəcək. Sakinlər ümid edir ki, artıq bütün hüquqi prosedurların tam şəkildə icra olunduğunu nəzərə alaraq, Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayacaq.

Bina sakinləri verilən qərarı sevinclə qarşılayıb və məhkəmə sistemində çalışan ədalətli hakimlərə təşəkkürlərini bildiriblər. Onların sözlərinə görə, bu qərar təkcə bir məhkəmə mübahisəsinin nəticəsi deyil, həm də cəmiyyət üçün verilmiş bir ədalət mesajıdır. Onlar təəsüratlarını saytımıza bölüşüblər: 

“Bu xəbəri çoxdan gözləyirdik və bu qərar bizim üçün təkcə hüquqi deyil, mənəvi qələbədir. Apellyasiya Məhkəməsinə obyektiv mövqeyinə görə təşəkkür edirik. İnanırıq ki, Ali Məhkəmə də bu ədalətli yanaşmanı təsdiqləyəcək. Haqq-ədalət heç vaxt üzülməz və sonda mütləq qalib gəlir. Məhkəmənin qərarı ictimaiyyətə bir daha göstərdi ki, haqlı mübarizə nəticə verir və qanun çərçivəsində hüquqlarını tələb edənlər sonda qalib gəlir”.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Bütün Xəbərlər