Həyat yoldaşını və qayınatasını öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi

Həyat yoldaşını və qayınatasını öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi
16.05.2025 11:33 Hadisə

Bakıda həyat yoldaşını və qayınatasını öldürməkdə təqsirləndirilən Hikmət Ələkbərovun cinayət işi üzrə məhkənin yekun prosesi keçirilib. 

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin hüquqi varisi - Bənövşə Əkbərovanın anası ərizə ilə müraciət edərək uşaqların dövlət himayəsinə verilməsini xahiş edib. 

Qeyd olunub ki, Abşeron rayon icra başçısının ötən il imzaladığı sərəncama əsasən, uşaqların qəyyumu qismində Hikmət Əkbərovun anası tanınıb. 

Daha sonra dövlət ittihamçısı çıxış edərək Hikmət Əkbərovun ömrlük azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili onun 4 övladının olmasının nəzərə alınmasını və daha yüngül cəza verilməsini xahiş edib. Zərərçəkənin anası barışıq olmadığını və ittiham olunan şəxsə ən ağır cəzanın verilməsini istəyib.  Hikmət Əkbərov son sözündə övladlarının dövlət himayəsinə verilməməsini xahiş edib.  Məhkəmədə hökm oxunub.

Hökmə əsasən, Hikmət Ələkbərov ömürlük azadlıqdan məhrum edilib. O, cəzasını həbsxanada çəkəcək. Hökmə əsasən, onun övladları anasının qəyyumluğunda qalacaq. 

Qeyd edək ki, hadisə ötən il Bakının Zığ qəsəbəsində baş verib. İttihama görə, 36 yaşlı Əkbərov Hikmət Bəylər oğlu gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu, sonra isə 27 yaşlı həyat yoldaşı Bənövşə Əkbərovanı bıçaqlayaraq öldürüb. 

Hadisə Hikmət və Bənövşənin 4 övladının gözü qarşısında baş verib. Hikmət Əkbərov hadisədən sonra övladlarını götürərək anasıgilə aparıb və bacısının həyətində gizlənib.

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən o, gizləndiyi həyətdə saxlanılıb. 

Hikmət Ələkbərova Cinayət Məcəlləsinin 120,2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürəm), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan olunub.

(APA)

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər