FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırdı
20.06.2025 10:14 Hadisə

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

TodayPress TV xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

- obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik avadanlıqlarının torpaqlanmasına dair sınaq protokolları tərtib olunmayıb;

- pilləkən qəfəsinin altında otaq (anbar) quraşdırılıb;

- ⁠ obyektin işçiləri yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb və bu barədə xüsusi jurnalda qeydlər aparılmayıb;

- elektrik lövhələri olan otaq “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə uyğun saxlanılmır;

- köçürmə çıxışlarının qapıları çıxışa doğru açılmır və köçürmə yollarının üzərində “Çıxış” sözü yazılmış işıqlandırıcı lövhələr asılmayıb;

- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb;

- insanların və qiymətli əşyaların köçürülməsi üçün “Köçürmə planı” işlənib hazırlanmayıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

FOTOLAR

FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırdı — 1
FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırdı — 2
FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırdı — 3
FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırdı — 4
FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırdı — 5
FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırdı — 6
XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi -VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər