Ermənistanın işğal olunmuş ərazidəki məktəbdə hərbi müşavirə keçirməsi barədə sübutlar tədqiq olundu

Ermənistanın işğal olunmuş ərazidəki məktəbdə hərbi müşavirə keçirməsi barədə sübutlar tədqiq olundu
13.06.2025 14:35 Hadisə

Bakı Hərbi Məhkəməsində iyunun 13-də davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən 2020-ci ildə 44 günlük müharibə zamanı qondarma qurumun “prezidenti” Arayik Harutyunyanın istəyi ilə bir neçə istiqamətdə olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, həmin vaxt heç bir vəzifə tutmadığını, təqaüddə olduğunu söyləyib.

A.Harutyunyan ona iki dəfə - oktyabrın 14-də və noyabrın 3-də, yaxud 4-də (dəqiq günü xatırlamır – red.) ona müraciət edərək təhlükəsizlik, mülki müdafiə işləri ilə əlaqədar yerli “hakimiyyət orqanları”na kömək etməyi və artilleriyanın vəziyyətini yoxlamağı istəyib. L.Mnatsakanyan da öz növbəsində qeyd olunanlarla bağlı Hadrut, Suqovuşan və digər istiqamətlərdə olub.

Bu zaman məhkəmədə növbəti sübut tədqiq olunub. 44 günlük müharibə zamanı çəkilmiş videokadrlarda Şuşakənddə məktəbin sinif otağında hərbi müşavirə keçirildiyi görünür.

Videokadrlarda Levon Mnatsakanyan da görünür.

Müşavirəni Samvel Babayan (qondarma rejimin keçmiş “müdafiə naziri”, keçmiş “təhlükəsizlik şurasının katibi” – red.) keçirir. Videokadrlarda Azərbaycan hərbçilərinə qarşı hücum müzakirə edilir. Samvel Babayan bildirir ki, “orada xəritədə minalanmış sahə var, həmin o minalanmış sahə ilə keçməyin, partlayar”. O, daha sonra deyir: “Sığnağın altı ilə oradan bura kilsə tərəf 1-1,5 kilometrdir. Oradan “karyer”lə yol var. Həmin yol bağlanmalıdır. Deməli, tapşırıq düşməni Şuşada mühasirəyə almaqdır. Bizim sabahkı fəaliyyətimiz bütün Qarabağın taleyini həll edəcək. Qarabağın taleyi bizim sabahkı fəaliyyətimizdən asılıdır. Qarabağın taleyi asılıdır. Nə dediyimi başa düşürsünüz...

...Kim hansı tapşırığı alırsa o tapşırığı da icra etməlidir. Yəni ki, biz düşmənin arxa yolunu, çıxışını bağlamalıyıq. Bizə lazım olan mövqeləri sürətli şəkildə tutmalıyıq. Səhər saat 6-da biz orda oluruq. Heç kim geçikmir. Otururuq 1 saat nəzarət edirik, baxırıq. Saat 7-də artıq yarılma başlayır. Artilleriya təxminən 15 dəqiqə işləyir. Çünki biz hücuma keçəcəyik. Bir-birimizi başa düşdük, bir-birimizi tapa biləcəyik? Telefonları, hər şeyi bir-birinizə vermisiniz?”.

Sübutun tədqiqindən sonra Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən müşavirədəki müzakirlərdə iştirak etmədiyini iddia edib, səhəri günə planlaşdırılan hücumun baş tutmadığını bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər