Bir vəkilin fəaliyyəti dayandırıldı, beşinə töhmət verildi

Bir vəkilin fəaliyyəti dayandırıldı, beşinə töhmət verildi
23.05.2025 13:23 Hadisə

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin mayın 23-də növbəti iclası keçirilib. 

Bu barədə ARVK-dan TodayPress TV-yə verilən məlumata görə, kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. 

Daha sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələlərə baxılıb.

Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul ediliblər. 

Eyni zamanda dövlət qulluğuna keçdiklərinə görə vəkillik fəaliyyəti dayandırılmış iki vəkilin fəaliyyətinin bərpa edilməsi ilə bağlı müraciətlərinə baxılıb.

Rəyasət Heyətinin qərarı ilə onların vəkillik fəaliyyətinin yenidən bərpası təsdiqlənib və vəsiqələr təqdim olunaraq gələcək fəaliyyətlərində uğurlar arzulanıb. 

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə bir vəkilə xəbərdarlıq edilib, beş vəkilə töhmət verilib və bir vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb. 

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

FOTOLAR

Bir vəkilin fəaliyyəti dayandırıldı, beşinə töhmət verildi — 1
Bir vəkilin fəaliyyəti dayandırıldı, beşinə töhmət verildi — 2
Bir vəkilin fəaliyyəti dayandırıldı, beşinə töhmət verildi — 3
Bir vəkilin fəaliyyəti dayandırıldı, beşinə töhmət verildi — 4
Bir vəkilin fəaliyyəti dayandırıldı, beşinə töhmət verildi — 5
Bir vəkilin fəaliyyəti dayandırıldı, beşinə töhmət verildi — 6
Bir vəkilin fəaliyyəti dayandırıldı, beşinə töhmət verildi — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər